Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev qurumun rəsmi saytina verdiyi açıqlamada qarşıdakı hədəflərdən və istəklərdən danışıb. "Hədəflərimiz və istəklərimiz yüksəkdir" deyən Paşayev həm də yeni ilə yenilənmiş komandalarla başladıqlarını vurğulayıb. Onun sözlərinə görə, əsas hədəf idmanın taekvondo növünün ölkəmizdə daha da inkişaf etməsi, bölgələrdə kütləviləşməsi və populyarlaşması ilə yanaşı, həm də iştirak edəcəkləri bütün yarışlarda Azərbaycan adını daim uca tutmaqdır. Ötən il taekvondoçuların 101 medal əldə etdiyini xatırladan dünya çempionu 2023-cü ildən də gözləntilərinin yüksək olduğunu deyib: “Bu il bizim üçün çox məsuliyyətli bir il olacaq. Çünki qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir. Yanvarın 5-dən kişi və qadınlardan ibarət yığmaların təlim-məşq toplanışına start verilib.
"Turnirlərdə taekvondoçularımız uğurlu iştirak etmək üçün demək olar ki, istirahət etmədən hazırlıqlarını səylə davam etdirirlər. Beynəlxalq yarışlarda mübarizəyə fevral ayından başlayacağıq. Kişilərdən ibarət milli komanda qardaş ölkə Türkiyənin açıq çempionatında, həmçinin İstanbulda təşkil olunacaq “Prezident kuboku”nda iştirak edəcək. Qadın taekvondoçularımıza gəlincə, zəriflərimiz fevralın 10-da toplanışın ilkin mərhələsini bitirəcəklər. Bunun ardından zəriflərimiz Cənub Koreyada hazırlığa başlayacaq və sonra da bu ölkənin açıq çempionatında güclərini sınayacaqlar. Hədəflərimiz və istəklərimiz yüksəkdir. Çalışırıq ki, həmişə olduğu kimi ölkəmizi layiqincə təmsil edib, daim üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraq” - Niyaməddin Paşayev belə deyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.