Osman Gündüz:
Uşaq bağçalarına elektron qəbulla bağlı onlayn növbəyaratma prosesi keçirilib
Dünən ETN tərəfindən Bakı şəhəri üzrə uşaq bağçalarına elektron qəbulla bağlı onlayn növbəyaratma prosesi keçirilib.
Prosesi kənardan müşahidə etdim.
Prosesin getdiyi ilk anlarda müraciətlər çox olduğundan www.bq.edu.az sistemində yüklənmələr səbəbindən bir neçə dəfə qısamüddətli donmalar olsa da sistem dərhal da fəaliyyətini bərpa edə bilirdi.
Bildiyim qədər bu xidmətin reallaşmasında da ilk saniyələrdə on minlərlə istifadəçi müraciət edir.
Sistemdə seçim üçün cəmi bir-iki addım atmaq lazım gəldiyindən adətən hazırlıqlı istifadəçi üçün bu proses təxminən 10 saniyə ətrafında yekunlaşır.
Nazirlik hələlik onlayn növbəyaratma prosesinin yekunu haqqında açıqlama yaymayıb.
Düşünürəm ki, tələb-təklifin bərabər olmadığı indiki məqamda, korrupsiya və rüşvət risklərinin minimuma endirilməsi baxımından bu xidmətin elektrona çevrilməsi doğru yanaşmadır.
Bununla belə, sistemin təkmilləşdirilməsi, valideynlər üçün bərabər imkanların yaradılması, informasiya açıqlığı və şəffaflığın təmin edilməsi üçün aşağıdakı addımların atılmasını vacib hesab edirəm :
1. Qeydiyyatdan keçənlərin, bağçalardakı boş yerlərin, növbə üçün üstünlük hüququ olanların sayı və s. bu tip ictimai əhəmiyyət kəsb edən statistika öncədən açıqlanmalıdır
2. Üstünlük hüququ olanların bağçalarda növbədənkənar yer tutması prosesinə növbə siyahısında olan valideynlərin nəzarət edə bilməsi üçün şəxsi kabinetlərdə imkanlar yaradılmalıdır
3. ETN-nin valideynlərə və şagirdlərə yönəlik faydalı e-xidmətləri ( bağçalara qəbul, 1-ci sinfə qəbul, hazırlığa qəbul, şagird yerdəyişmələri və s.) üçün vahid bir DEMO versiyanın hazırlanması və daimi olaraq valideynlərin ixtiyarına verilməsi zəruridir və faydalı olardı
4. ETN bu tip onlayn proseslərin sosial mediada canlı yayımını təşkil etməsi də faydalı olardı
5. Onlayn növbəyaratma və digər bu tip seçimlərdən sonra prosesi tam xarakterizə edən geniş açıqlama verilməlidir
Şikayətlərin fərdi olaraq araşdırılması və yekun açıqlamanın verilməsi də doğru olardı.
6. ETN-nin bu formada olan onlayn proseslər üçün ictimai nəzarət imkanlarnı yaratması da vacib və faydalı olardı.
7. ETN elektron resurslarının gücünü artırmalı, bu informasiya sistemlərinin, datanın yüklənməyə tab gətirməsi üçün əlavə resurslar ayırmalı, öncədən testlər və auditlər keçirilməlidir.
8. ETN öz xidmətlərini digər dövlət xidmətlərinə inteqrasiya etmək üçün RİNN-nin İRİA qurumu ilə birgə səylərini xeyli gücləndirməlidir. Bu istiqamətdə Nazirliyin görməli olduğu işlər çoxdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.