Bəybala Mirzəyev:
“Göyçə Zəngəzur Respublikası” deyilən qeyri-qanuni qurumun özbaşınalıqlarına da belə son qoyuldu
Adamlar başlarından böyük işlərlə məşğul imişlər.
2022-ci ildə “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan edən şəxslərin İraq kürd icmaları ilə və digər ölkələrin müxtəlif dairələri ilə müəmmalı görüşlər keçirmələri həqiqətən də özbaşınalıq və həddini aşmaqdır.
Bu dırnaqarası "respublika"nın dırnaqarası "dövlət başçısı", həmçinin "parlament"i, "nazirlər kabinet"i, "nazir"ləri və s. varmış. Bu şəxslər guya öz aləmlərində Qərbi Azərbaycandan olan soydaşlarımızın maraqlarını təmsil edirmişlər.
Adam, bu səlahiyyəti sizə kim verib? Milli təhlükəsizliyimizə təhdid yaradan hərəkətlərinizlə hansı yad güclərin maraqlarına xidmət etdiyinizin fərqindəsinizmi?
“Göyçə Zəngəzur Respublikası” adlı qurumun "rəhbər" şəxslərinin şübhəli işlərlə məşğul olmaları onu göstərir ki, belə bir qurumun elan edilməsi gerçəkdən də böyük təxribat imiş.
Bu cür təxribatçı əməllərlə Qərbi Azərbaycanlıların öz yurdlarına qayıdışına töhfə vermək mümkün deyil. Biz ermənilərin tayı deyilik ki, cürbəcür avantürist təşkilatlar, "Səlibçilər" kimi terrorçu qruplar flan yaradaq.
Qərbi azərbaycanlıların hüquqlarını qoruyan Azərbaycan dövləti var və onların haqq səsini dünyaya duyuran Qərbi Azərbaycan İcması var. Biz cari hədəflərimizə də məhz bu platforma üzərindən nail olmağa çalışmalıyıq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.