Melburunda (Avstraliya) tennis üzrə keçirilən və ilin ilk "Böyük Dəbilqə"si olan "Australian Open"in 1\4 final mərhələsində gözlənilməz hadisə baş verib. Mərkəzi kortda serbiyalı Novak Cokoviçlə rusiyalı Andrey Rublev arasında keçirilən oyun zamanı üzərində Rusiya Federasiyaının prezidenti Vladimir Putinin portireti olan bayraq və eləcə də DXR-nın (Donetsk Xalq Respublikası) bayrağı nümayiş etdirilib. Nümayişçilər arasında çoxlu sayda serblər də olub ki, onlar da "Serbiya, Rusiya" deyə qışqırıblar. Nümayişçilərlə yanaşı rusdilli "Gecə canavarları" qrupu da qalmaqalda yer alıb. İştirakçılar arasında üzərində Z yazılan futbolka geyinənlər də olub.
Ən maraqlısı odur ki, üzdə görünənlərdən biri Cokoviçin atası, 15 ildən sonra yenidən Avstraliyaya gələn Novak Srcan olub. Üzərində Putinin fotosu olan RF bayrağını da məhz o tutub. Onun yanında duran digər şəxs isə üzərində "Biz harda, Rusiya orda" sözləri yazılmış plakat nümayiş etdirib. Bu arada Novak Srcan "Gecə canavarları" qrupunun lideri Aleksandr Zaldostanova üzünü tutaraq rus dilində ləhcə ilə bunları deyib :"Qardaş, Moskvadakı qardaşlara Melburundan, Avstraliyadan təbriklər". Onun bu çağırışını isə İngiltərə KİV nümayəndələri "Yaşasın Rusiya" kimi tərcümə ediblər. Həmin mitinqdə, donbaslı və luqanskili "qardaşlara" də çağırış olub: "İşləyin qardaşlar, işləyin".
Bu mitinq "Australian Open" təşkilatçıları və Avstraliya Tennis Federasiyası tərəfindən pislənib. Hətta məsələ ilə bağlı Cokoviçlər ailəsinə birbaşa müraciət də olub.
Onu da qeyd edək ki, təşkilatçılar Rusiya və Belarus bayraqlarını meydanlara gətirməyi və siyasi xarakterli hərəkətlərə yol verməməyi əvvəlcədən azarkaeşlərə qadağan etmişdir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.