Rəşad Məcid:
Vəfa və etibarına görə Günelə rəğbətim bir xeyli artdı
Videogörüntüsünü izlədiyim bu səhnədə ən ibrətamiz, ən təsirləndirən məqam Günelin xəstəhal, fiziki cəhətdən zəif ustadının - İbrahim Tatlısəsin başının üstündə dayanıb, ona baxaraq, ruh verərək ürəkdən, içdən oxuması idi. Bir daha əmin oldum, dünyada minnətdarlıq, vəfa, etibar duyğusunu əvəzləyəcək, üstələyəcək hisslər azdır, çox azdır.
Ötən əsrin məşum 90-cı illərini xatırladım. İşğal olunan doğma yurd, viran qalan evlər, didərgin düşən ailələr. Belə ailələrdən birini - Zeynalovlar ailəsini Ağdamda hamı musiqiçilər ailəsi kimi tanıyırdı. Ailənin başçısı Yelmar kişi qarmonçalan idi. Neçə oğlu vardı, hamısı da bir aləti mənimsəmişdi. Onlardan biri ilə - Azərlə bir sinifdə oxuyurduq, buna görə də ailəni də, qardaşlarını da yaxşı tanıyırdım. Vaxtilə bu ailənin üzvlərinin Ağdamın “Şur”, “Qarabağ bülbülləri” kimi məşhur ansamblları ilə SSRİ-nin ən müxtəlif şəhərlərində, paytaxt Moskvada - Kremlin Qurultaylar Sarayında iştirakını görmüşdük.
O illər arxada qalmış, o ölkə dağılmış, o doğma şəhər viran edilmiş, əhalisi köçkün düşmüşdü.
Və birdən... İbrahim Tatlısəsin məşhur şousunda duyğulandıran, kövrəldən, təsirləndirən bir səhnə. İbrahim Tatlısəs öz şousunda balaca Güneli tamaşaçılara təqdim edir, ifasını tərifləyib haqqında xoş fikirlər söyləyir, zalda əyləşən ata-anasından danışır, hətta Günelin atası Rəhmanın necə gözəl xaş - kəllə-paça bişirdiyini deyir, bu musiqiçi ailəsindən söz açır, Ağdamı yada salır. Elə o gündən də Günel - Azəri qızı Günel məşhurlaşmağa başlayır.
İndi telejurnalist Rövşanə Ağasəfqızının İstanbuldakı konsertdən feysbuk səhifəsində paylaşdığı videonu görəndə həm təsirləndim, həm də minnətdarlıq duyğusuna, vəfa və etibarına görə Günelə rəğbətim bir xeyli artdı. Və bu izaholunmaz hisslərin təsiri ilə gözlərimin önündə yenidən qurulan modern Ağdamı, orada tikiləcək dəbdəbəli musiqi salonlarını, gözəl ənənələrin bərpasını, zəngin muğam-musiqi ənənələrinə malik o möhtəşəm şəhərdə beynəlxalq musiqi festivallarının keçiriləcəyi günləri canlandırdım.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.