Türkiyə-Azərbaycan qardaşlığının Bursa-Masallı qolu
“Qardaş ölkələr, qardaş şəhərlər, qardaş məktəblər, qardaş uşaqlar” devizi ilə yola çıxan nəcib insanlar...
“Azərbaycana birinci dəfədir ki, səfər edirəm. Həmkarım, Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı - Azərbaycan Deyincə” (“GİM AZDER”) dərnəyinin sədri Hüseyn Vəliyevlə birlikdə avqustun 15-də Bakıda keçirilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı beynəlxalq konfransa dəvətli idik. Bakıya gəlişimizdə ilk olaraq Prezident İlham Əliyevin rəhbərliyi, igid qəhrəmanlarımızın sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə gedən yolun təməlini qoyan Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdik... “
Bu sözlərin müəllifi Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfi Bursa Başqanı, Kibris qazisi Fikri Özderdir.
Hər iki müsahibimlə söhbət zamanı öyrənirəm ki, qonaqlar ölkəmizə səfər çərçivəsində Bakı şəhərində Milli Qəhrəmanlar Polad Həşimov və Şirin Mirzəyevin, Masallı rayonunda Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli şəhid qardaşlarının, Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun, Yardımlı rayonunda şəhid Mahmud Mayıllının ailə üzvləri ilə görüşüb, Masallı Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə kompleksini, ayrı-ayrı qəsəbə və kəndlərdə şəhidlərin məzarlarını ziyarət ediblər.
Masallıda, şəhid Anar Novruzovun qardaşı Sucəddin Novruzovun təşkilatçılığı, Fikri Özder və Hüseyn Vəliyevin dəstəyilə şəhid ailələri və qazilər üçün ehsan süfrəsi açılıb.
“GİM AZDER” dərnəyinin sədri Hüseyn Vəliyev əlavə edir ki, yerli bələdiyyə, bizim təşəbbüs və dəstəyimizlə Bursada Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimovun (Osmanqazi rayonunun Dəmirtaş bölgəsində) və Şirin Mirzəyevin (Karacabey rayonunda) adını daşıyan parkların açılması, Məzahir Rüstəmov adına parkın (Keles rayonunda) təməlinin qoyulması Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsidir.
İki qardaş ölkə ilə bağlı geniş layihələrin gerçəkləşməsindən ötrü əlimizdən gələni əsirgəmirik. Əminik ki, Azərbaycanın bir neçə rayon v ə şəhərləri kimi Masallı da Bursa ilə qardaşlaşmış şəhərlər siyahısına daxil olacaq.
Onu da nəzərinizə çatdıraq ki, bu yaxınlarda şəhid mayor Anar Novruzovun adının əbədiləşdirilməsi, Əhməd Cavad adına Mədəniyyət Evinin yaradılması və digər işlər nəzərdə tutulub. Müharibə iştirakçıları və şəhid ailəsi övladlarının Türkiyədə təhsil almasına dəstək olmaq, şəhid ailələrinin qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana səfərlərini təşkil etmək niyyətimiz var...
Türkiyə nümayəndələri qeyd edirlər ki, əsas məqsədimiz mədəniyyətlərimizin, dəyərlərimizin, qəhrəmanlarımızın tanıdılmasıdır. Ənənəvi həmrəyliyimizə sədaqətimizi bundan sonra da əməli işimizlə sübut etməyə çalışırıq. Qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.