Faiq İsmayılov:
XX əsrin əvvəllərinə qədər Xankəndi şəhərində ermənilər yaşamayıblar
Ermənistan rəhbərliyi birbaşa və ya dolayısı ilə Qarabağ İqtisadi rayonunun şimal hissəsinin baş kəndi olan Xankəndi şəhərinin ermənilərə məxsusluğu ilə bağlı heç bir fakta əsaslanmayan yalan məlumat yayırlar. Araşdırmalar göstərir ki keçən əsrin əvvəllərinə qədər yəni 1920-ci ilə qədər Xankəndi şəhərində bir nəfər olsun belə erməni millətindən olan insan və ya insanlar yaşamayıblar.
Ermənilərin özəlləşdirmə siyasətiniun qurbanına çevrilən Qarabağın Xankəndi şəhəri digər Azərbaycan şəhərlərindən cavan olması ilə fərqlənir. Etibarlı mənbələrdən əldə edilən məlumata əsasən Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan Dövlətlərindən biri olan Qarabağ xanlarının ailələri üçün istirahət mərkəzi kimi istifadə olunub. Xankəndi istirahət mərkəzi xanlığın paytaxtı Pənahabadın (Şuşa şəhərinin) 10 kilometrliyində, Qarabağ dağ silsiləsinin şərq yamacında kiçik bir düzəndə yerləşir.
İlk illər istirahət düşərgəsi ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" (Xankəndi) kimi tanınırdı. Lakin sonralar bu məntəqəyə sənətkarlar, taçirlər və digər peşə sahibləri də köçdüyündən yaşayış məntəqəsinin miqyası kifayət qədər böyüdü və genişləndi.
Xankəndi şəhəri 15 əsas məhəlləsi olsada 1918/20-ci illərə qədər daha bir az böyüyərək məhəllələrin sayı 37-yə çatmışdır. Xankəndi şəhər əhalisinə, Qara Hüseyn məscidi, Məcidli məscidi, Alış məscidi, Yaşıl məscid, Siyafur məscidi, İmam Əli məscidi, Xarrat usta Qulu məscidi, Ərminavan məscidi, Əyrıdam məscidi, Çaykənarı məscidi, Səmirabad məscidi, Sarı məscid, Biləndərli məscidi, Yurdyer məscidi, Böyük məscid, Mirzələr məscidi, Kiçik məscid adlı, 17 məscid xidmət göstərmişdir.
Xankəndi şəhəri yaxınlığındakı qəbistanlıqlarda 17 türbə, Möminə Xatın və Otludərə məbədləri kimi möhtəşəm memarlıq abidələri və eləcədə Seyid Məhəmməd ocağı, Böyük Pir ziyarətgahı, Kərki ocağı, Qala piri, Xəlifə İbrahim Vəlullah ocağı kimi iman gətirilən inanc yerləri olmuşdur.
Xankəndi şəhərinin istər ilk salınan və 15 əsas məhəllə sayılan, Mərkəzşəhər məhəlləsi, Seyid Məhəmməd məhəlləsi, Mahallı məhəlləsi, Məcidli məhəlləsi, Saatlı məhəlləsi, Yazarlarar və Tarzənlər məhəlləsi, Ağa məhəlləsi, Xanbağı məhəlləsi, Böyükbazar məhəlləsi, Tacirlər (Bazar) məhəlləsi, Yuxarı məhəllə, Aşağı məhəllə, Dağ məhəllə, Baıqar məhəlləsi, Üçyol Qurdları məhəlləsi.
İstərsədə sonradan salınan 22 məhəllənin adları içərisində heç bir erməni adına və toponiminə rast gəlinmir. Məşədi Əsədulla məhəlləsi, Qayabaşı məhəlləsi, Zəngəzurlular məhəlləsi, Ozan məhəlləsi, Qala məhəlləsi, Təzə məhəllə, Çaparxanlı məhəlləsi, Xərratlar məhəlləsi, Orta məhəllə, Zadəganlar məhəlləsi, Qarqar (Çayqıraqlılar) məhəlləsi, Cüdürxan məhəlləsi, Alakeşlər məhəlləsi, Allahgərək məhəlləsi, Kotanqaya məhəlləsi, Böyük məhəllə, Kiçik məhəllə, Biləndərlilər məhəlləsi, Qabıcıq-Hökmavar məhəlləsi, Qoyqəşəm məhəlləsi, Poylu məhəlləsi, Şingədan məhəlləsi.
Beləliklə 1920-ci ilə qədər Xankəndi şəhərində yaşayan 1375 ailədən və təqribən 8 minə yaxın əhalidən bir nəfərinin belə erməni millətinə aid olmadığı açıq-aşkar görünür. 14 may 1805-ci ildə Qarabağ xanlığının Rusiya tərəfindən işğal edildiyi vaxta qədər, indiki Xankəndi şəhəri, Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimin mülkü hesab olunurdu. Bunan belə bir nəticəyə gəlmək olurki, indiki Xankəndi şəhərinin yerləşdiyi ərazi, hansısa etnik qrupa, millətə deyil, bir azərbaycanlı xanıma aid mülk olub.
1805-ci ildə Rusiyanın təziqi ilə İbrahimxəlil xan ilə Rusiya generalı Pavel Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə keçdi. Faktiki olaraq Qarabağ xanlığı Rusiya tərəfindən işğal olundu. 1806-cı ildə mayor Lisaneviç başda olmaqla rus hərbçiləri İbrahimxəlil xanı ailəsi ilə birlikdə qətlə yetirdilər. Rusiyanın Qarabağı işğal etməsi, Xankəndinin də taleyinə ciddi təsir etdi.
Rus işğalından dərhal sonra Xankəndində çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Məhz ona görə də rus qarnizonunun yerləşdiyi bu ərazi 1847-ci il Rusiya hərbi xəritələrində rəsmi şəkildə Xankəndi adı ilə qeyd olunurdu.
1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan keçmədi. Tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına ruslar tərəfindən məskunlaşdırılan ermənilər orada Ermənistan dövləti elan etdilər.
Bu hadisədən ruhlanan erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına qarşı ərazi iddiası etməyə başladılar. Erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları öldürürdülər. 1918–1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu. AXC-nin süqutundan sonra ermənilərin Xankəndində məskunlaşdırılmalarının sürəti artdı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret qəbul etdi. Həmin dekretə əsasən Xankəndi DQMV-in mərkəzi (baş şəhəri) elan olundu. 1923-cü il sentyabrın birində şəhər 26 Bakı Komissarları Sovetinin başçısı daşnak ğli çoxsaylı azərbaycanlıların qanına batmış Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı.
Sovet dövrü müxtəlif şəhərlərdən Xankəndinə köçürülən edmənilərin saylarının sürətlə artması yeni yaşayış evlərinin yaranmasına zərurət yaradırdı. Məhz bu da erməbnilərin Xankəndi şəhərinin “yenidən qurulmas”ı planının işə düşməsinə səbəb oldu. Xankəndi şəhərinin “yenidən qurulmas”ı zamanı köhnə yaşayış evlərini və inzibati binaları ermənilər “köhnəliyin” əlaməti kimi kütləvi şəkildə sökməyə başladılar.
Xankəndi şəhərinin bəzəyi olan 37 məhəllə sökülərək ləğv edildi. Xankəndi şəhərindəki bütün tarix və mədəniyyət abidələri o cümlədən 15 məscid, 17 türbə, 5 ziyərətgah, 2 məbəd, 15 məhəllə qəbristanlıqları xüsusi vəhşiliklə dağıdılaraq məhv edildi. Qədim yaşayış evləri və inzibati binalar sökülərək yerində yeni üçmərtəbəli, beşmərtəbəli yaşayış evləri tikir, Azərbaycanın mədəni irsinin xarabalıqları üzərində yeni parklar, restoranlar, qastronomlar, erməni separaçılarının liderlərinin şərəfinə monumental heykəllər, qurğular tikildi.
Xankəndi şəhərində mədud sayda XVIII – XIX əsrə aid yaşayş evləri və inzibati binalar qalsada onların da xarici interyerləri dəyişdirilərək tanınmaz hala salınmışdır. Bu barədə növbəti yazılarımda ətraflı məlumat veriləcək.
Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.