Bəybala Mirzəyev:
"Diplomat ovu"
Diplomatlarımız da hərbçilərimiz kimi ön cərgənin əsgərləri, döyüşçüləri sayılırlar. Çünki onlar da erməni həyasızlığına, erməni yalanlarına, erməni şərinə qarşı durmadan mübarizə aparırlar.
Bu mənada, vaxtilə Fətəli xan Xoylu, Nəsib bəy Yusifbəyli kimi böyük dövlət xadimlərimizi, diplomatlarımızı öldürən daşnakların, qnçakların nəvə-nəticələrinin, varislərinin indi də fəal Azərbaycan diplomatlarının qanına susamaları təbiidir.
Son günlər sosial mediada ermənilər tərəfindən Azərbaycanın dövlət rəsmilərinin və diplomatlarının hədəfə alınmasına dair çağırışların yayılması da elə bu acı həqiqətin təsdiqidir.
Başqa sözlə desək, "Daşnaksütyun", ASALA, "Sasna Tsrer", "Səlibçilər" kimi qarğa-quzğun təşkilatları, terror qrupları indi də "diplomat ovu"na hazırlaşırlar.
Hərb meydanında (44 günlük müharibədə) və siyasi-diplomatik müstəvidə davamlı olaraq uduzduqlarını görən qatil-quldur erməni cəmiyyətləri Azərbaycanı dayandırmağın vasitələrindən biri kimi çıxış yolunu mühüm dövlət adamlarımızı, diplomatlarımızı ard-arda qətlə yetirməkdə görürlər.
Xüsusən də, BMT TŞ-nin 16 avqust tarixli təcili iclasında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, təcrübəli diplomat Yaşar Əliyevin məlum öldürücü, ifşaedici çıxışından sonra ermənilərin aqressivliyinin dozası daha da artıb. Acizlikdən və çarəsizlikdən doğan erməni qisasçılığı sərhəd, əndazə tanımır.
Ona görə də biz xarici ölkələrdəki diplomatlarımızın və diaspor fəallarımızın təhlükəsizliklərinin gücləndirilməsi istiqamətində gərəkən addımları atmalıyıq. Aidiyyəti beynəlxalq təşkilatlar da ermənilərin azərbaycanlılara qarşı nifrətə yol açan əməllərinin qarşısının alınması üçün zəruri tədbirləri görməlidirlər.
Bir sözlə, ermənilərin bütün anti-Azərbaycan xarakterli hərəkətlərini onların öz əleyhinə çevirməyi bacarmalıyıq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.