Bəybala Mirzəyev:
Şəhidlərimizin nəşinin 31 il sonra tapılması...
Bax belə. Bəzi qəhrəmanlarımızın, şəhidlərimizin, itkinlərimizin qismətində 31 il sonra nəşi tapılmaq və dəfn edilmək qeyri-adiliyi də varmış.
Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu və Mikayılov Baba Balakişi oğlu da həmin o nakamlar sırasındadır.
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda şəhid olan və cəsədi 31 il sonra tapılan Hüseynov Gülverdi Ağahüseyn oğlunun nəşi bu gün Abşeron rayonunun Qobu qəsəbəsində torpağa tapşırılıb.
Qeyd edək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da 44 günlük Vətən Müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib.
Beləcə, baba və nəvə öz canlarını Vətən naminə fəda etməklə bütün gələcək nəsillər üçün örnək olası bir qəhrəmanlıq salnaməsi yazıblar.
Bu gün həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Abbasov Məhərrəm Abbas oğlunun da dəfn mərasimi keçirilib.
Bakının Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilən Məhərrəm Abbasov 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı şəhid olub. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.
Şuşanın Daşaltı kəndində vuruşaraq 1992-ci il yanvarın 26-da şəhadətə qovuşan və itkin düşmüş hesab edilən daha bir qəhrəmanımız - Mikayılov Baba Balakişi oğlunun nəşi isə bu gün Şamaxıya gətirilib. Göylər kəndində vida mərasimi təşkil olunub. Cənazə namazından sonra şəhidimiz Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Beləliklə, itkin şəhidlərimizdən daha üçünün ruhu hüzura qovuşdu, ziyarət ünvanları bəlli oldu.
Bütün şəhidlərimizin ruhları şad olsun!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.