Bəybala Mirzəyev:
Bir millətin, iki dövlətin məktəbi…
Qarabağın strateji məntəqələrindən birində - Füzuli şəhərində inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi oldu. Füzuliyə qayıdan soydaşlarımızın uşaqları inşAllah sentyabrın 15-dən bu məktəbdə oxumağa başlayacaqlar.
Özbəkistan-Azərbaycan əməkdaşlığının, dostluğunun, strateji tərəfdaşlığının və nəhayət qardaşlığının məktəb (bilik, təhsil) üzərindən qurulması yaxşı başlanğıcdır. Bu gün Qarabağımızın bərpasında bu və ya digər şəkildə iştirak edən dost və müttəfiq ölkələr çoxdur. Ancaq Özbəkistan hələlik yeganə ölkədir ki, işğaldan azad edilən, yenidən qurulmaqda və dirçəlməkdə olan Qarabağa məhz məktəblə ayaq basdı. Bunun həm rəmzi mənası, həm də mənəvi önəmi böyükdür.
Heç şübhəsiz ki, özbəklər də Qarabağın hər hansı bir məntəqəsində otel, zavod və ya elektrik stansiyası tikə bilərdilər. Lakin onlar məktəb tikməyə üstünlük verdilər.
Bəli, bu gün türk cümhuriyyətləri bir-birilərinə elm, təhsil, üstün zəka, ən son texnologiyaları daşımalıdırlar. İndi Türk dünyasının, o cümlədən Azərbaycanın da ən çox ehtiyac duyduğu nəsnə məhz təhsildir, elmi-texniki tərəqqidir.
Və süni zəka erasına qədəm qoyduğumuz bir məqamda ümumiyyətlə hər bir türk dövləti bütün Türk dünyasının güclənməsinə, tərəqqisinə öz töhfəsini verməlidir. Bu gün əsas hədəfimiz vandal ermənilər tərəfindən tarmar edilmiş, xarabazara çevrilmiş Qarabağın birgə səylərlə dirçəldilməsi olmalıdır. Türkiyə və Özbəkistandan başqa digər türk cümhuriyyətlərinin bu istiqamətdə hələ ki elə bir ciddi fəaliyyətləri müşahidə olunmur.
Özbəkistanın dağıntılar, xarabalıqlar içərisindən yenidən boy atan, dirçələn Qarabağa məktəb hədiyyə etməsi əslində digər türk cümhuriyyətlərinin hamısına ciddi mesajdır və eyni zamanda alqışa layiq bir örnəkdir.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu gün Füzuli şəhərində sakinlər ilə görüş zamanı çox maraqlı bir fikir səsləndirdi. O dedi ki, “bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq”. Bəli, bu məktəb həm siyasi dəstək nümunəsi, həm də mənəvi abidədir.
Və Mirziyoyev bu məktəbdə təhsil alacaq uşaqları bəri başdan ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdi. Həm də valideynləri ilə birlikdə.
Beləliklə, Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin şagirdləri bundan sonra ildə iki dəfə öz valideynləri ilə birlikdə tarixi Səmərqənd şəhərinin qonağı olmaq imkanını qazandılar. Bu da bütün türk cümhuriyyətlərinə fövqəladə dərəcədə çox gözəl bir örnəkdir.
Uluqbəy məktəbinin açılışı fonunda bu gün özbək lider həqiqi mənada əsl qardaşlıq örnəyi sərgilədi. Bu məktəb bir millətin, iki dövlətin məktəbidir. Və bu məktəb bütün Türk dünyasının parlaq sabahı üçün uğurlu yol göstəricisidir.
Türk millətinin yüksəlişi təhsildən keçir.
P.S.
Şavkat Mirziyoyevin çıxışındakı bu sözlər də bütün türklər üçün bir “yol xəritəsi” misalındadır: “Bizdə çox gözəl bir məsəl var ki, “sevgi gözdədir”. Bir-birimizi görə bildikcə sevgi artır. Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq. Bu, mənim istəyimdir”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.