Masallıda “Laçın şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib
Masallı rayonunda “26 avqust - Laçın şəhəri günü"nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayon rəsmiləri, Milli Məclisin üzvləri Məşhur Məmmədov, Anar İsgəndərov, şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra şəhər Heydər Əliyev Mərkəzinin foyesində Laçına həsr edilmiş foto-stendlərə baxış keçirilib.
Mərkəzin akt zalında davam edən tədbir öncəsi Ümummilli Liderimizin və şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldıqdan sonra tarixi günlə bağlı videoçarx izlənilib.
RİH başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, Vətən müharibəsi iştirakçısı Hidayət Mahmudov və başqaları çıxışlarında işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında Respublika Prezidentinin verdiyi Sərəncamın əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan, işğaldan azad olmuş ərazilərdə, o cümlədən Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs ediblər.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.