Osman Gündüz:
3-cü magistral provayder fəaliyyətdədir
Qax -Zaqatala - Balakən avtomobil yolunun kənarı ilə qazıntı müşahidə olunur.
Hər hansı məlumat lövhəsi yoxdur. Təhlükəsizlik qaydalarına əməl olunmayıb. Artıq qaranlıq düşəndən sonra burada təhlükəli halların olması haqqında məlumatlar yayılır.
Qazılan torpaq elə magistral yolun hərəkət hissəsinə tökülüb.
Magistral boyunca aparılan bu qazıntının fiber-optik xətlərin çəkilişi üçün nəzərdə tutulduğunu öyrəndim.
Qazıntının Aztelekom -un sifarişi ilə Azinvest Telecom şirkəti tərəfindən aparıldığı bildirilir.
Düşünmək olar ki, Aztelekom 3-cü magistral(backbone) provayder olaraq fəaliyyət dairəsini genişləndirmək niyyətindədir.
Bildiyim qədər bu regionda indiyədək əsas magistral telekommunikasiya infrastrukturu Delta Telekoma məxsus olub.
Aztelekom indiyədək Delta-nın magistral xətlərindən istifadə edərək internet və telekom xidmətləri göstərirdi.
Alternativlərin olmaması zaman-zaman burada müəyyən problemlər yaradırdı.
Buradakı digər dövlət qurumlarının da rabitə infrastrukturu Delta Telekom -un optik infrastrukturu üzərində "oturmuşdu".
İndi belə görünür ki, Aztelekom bu regionda, çox güman ki, həm də bütün ölkə üzrə magistral rabitə infrastrukturunu genişləndirməyə başlayıb.
İstisna etmirəm ki, Aztelekom operatoru bu magistral xətti Gürcüstan istiqamətində davam etdirəcək.
Azərbaycanın telekommunikasiya infrastrukturunun alternativlər üzərində qurulması, dayanıqlıq və təhlükəsizlik baxımından atılan addımlar faydalı hesab oluna bilər.
Eyni zamanda, fikrimcə, qarşıdakı illərdə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində Aztelekom-un müştərilərinin kəskin artımı nəticəsində istifadə etdiyi trafik də bir neçə dəfə artacaq.
Düşünmək olar ki, yeni infrastruktur quran Aztelekom artıq yüz minlərlə yeni "Onlayn Azərbaycan" müştəriləri üçün Delta Telekom-dan internet trafiki almaq niyyətində deyil.
Yəni, bu bəkbon provayder artıq interneti xaricdən özü gətirib , müştərilərinə də elə öz internetini, öz infrastrukturu üzərindən təqdim edəcək.
Xatırladıram ki, Aztelekom indiyədək hər ay Delta Telekom-a yalnız internet trafik üçün təxminən
1 milyon manat vəsait ödəyirdi.
Bu trafikin daxili və beynəlxalq trafik olması ilə bağlı mübahisələr də vardı.
Düşünürəm ki, dövlətə məxsus yeni magistral provayderin yaranması ilə, bütün magistral provayderlərin həm də pərakəndə internet satışı ilə məşğul olması ilə rəqabətli mühit üçün də risklər yarana bilər.
Ümid edirəm RİNN, İKTA bunun fərqindədir.
Aztelekom-un ən azı pərakəndə satış infrastrukturunun tez bir zamanda özəlləşdirilməyə hazırlanması da doğru olardı.
Əlbəttə, 85 milyon manat krediti ödəyəndən sonra
Ümid edirəm Aztelekom və Azinvest Telecom regionda fiber optik magistral infrastrukturunun qurulması prosesində təhlükəsizlik qaydalarına və şəffaflığa da diqqət yetirəcəklər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.