Bahar Muradova:
Bizim “Bir İnci” xanım
Şəxsiyyətin formalaşmasına onun içərisində olduğu mühitin böyük təsiri olduğu kimi mühitin dəyişməsi, saflaşması, insan və vətəndaş mərkəzli olmasında da şəxsiyyətlərin böyük rolu vardır.
Azərbaycan tarixinin bütün dönəmləri fədakarlıq, qəhrəmanlıq və mərdlik simvolu olan, həmçinin milli-mənəvi dəyərlərin, bədii-fəlsəfi təfəkkürün, humanist və demokratik-mədəni idealların daşıyıcısı və ötürücüsü olan qəhrəmanlar, böyük dövlət xadimləri, görkəmlii ziyalılar, ictimai-siyasi fikir adamları ilə zəngin olmuşdur.
Biz bu gün malik olduğumuz maddi və mənəvi sərvətlərimizlə, elmi və iqtisadi potensialımızla yanaşı, insan kapitalının inkişafına görə də məhz belə şəxsiyyətlərə borcluyuq.
Və bütün hallarda onların varlığı hər birimiz üçün qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillər üçün də xalqımızın birliyi, ölkəmizin bütövlüyü və dinamik inkişafı naminə fəaliyyətin ibrətamiz örnəyi kimi dəyərləndirilməlidir.
Məhz bu bünövrə üzərində formalaşan, bütün bilik və bacarığını xalqımızın milli keçmişi, müasir bugünü və böyük əminliklə qeyd etdiyimiz parlaq gələcəyi arasında tarixi bağların möhkəmlənməsinə, bütün sərvətlərimizə varislik nöqteyi-nəzərindən yanaşaraq, onu gələcək hədəflərimizə doğru çıxdığımız “böyük yol”un möhkəm və sarsılmaz istinadgahına çevrilməsi işinə həsr edən bir müasirimiz də var.
Mübaliğəsiz və qətiyyətlə söyləmək olar ki, bu gün onu hamı tanıyır, istər ölkə daxilində, istərsə də bütün dünyada...
Bu bir həqiqətdir ki, uşaqdan böyüyə hər kəsin ona sevgi və hörmətdən yoğrulmuş böyük və dərin inamı vardır. O, ilk növbədə sadəliyi ilə hər kəsin qəlbinə yol tapmağı bacarır. Təvazökarlığı və zəhmətsevərliyi ilə isə geniş təbəqələrin nümayəndələrini öz humanist ideyaları ətrafında birləşdirməyə asanlıqla nail ola bilir.
İnsanların özünə, onu əhatə edən mühitə, orada baş verən proseslərə, cəmiyyət və dövlət həyatına münasibətinin formalaşmasına böyük dərəcədə təsir göstərir.
O, öz həyat devizinin ilk növbədə “ləyaqətlə yaşamaq, özünə, öz prinsiplərinə sadiqlik olduğunu” bəyan edir. Milli və müasir dəyərləri üzvi şəkildə öz xarakterində birləşdirməklə öz söykökünə bağlı, həmçinin yeniliyə hər zaman açıq Azərbaycan xalqının multikultural mahiyyətindən doğan yaşam tərzinin təbliğinə yönəlmiş fəaliyyət sərgiləyir.
Mənəvi keyfiyyətlərimiz sırasında xüsusuilə seçilən ailə dəyərlırimiz, hələ də möhkəmliyi və hər növ kənar təzyiq və təsirlərə dayanıqlılığı ilə fərqlənən ailə inistutumuzun inkişaf etdirilməsi üçün vacib qərarların qəbuluna çalışır.
Həyatımızın bütün sferalarında nəzərdə tutulan proqram və konsepsiyaların sarsılmaz və əsas ideoloji sütünü kimi əksini tapması və qorunması sahəsindəki fəaliyyətləri daim diqqətdə saxlayır.
Genişmiqyaslı və çoxşaxəli tədbirləri nəzərdə tutan təşəbbüsləri ilə özünün və Müasir Azərbaycan dövlətinin taleyinə sahiblik hissinin gücləndirilməsinə cavabdehlik daşıyan vətəndaş formalaşdırılması işinə böyük dəstək verir.
“Dərk olunmuş şəxsi məsuliyyətilə öz həyat kitabını yazmağın” müasir və ibrətamiz örnəyini yaratmaqla öz üzərinə götürdüyü xoşməramlı missiyasını şərəflə daşıyır.
Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi ideoloji xəttin sonrakı inkişaf dönəmlərində daha da zənginləşməsi, ölkəmizin dövlət və ictimai-siyasi həyatını əhatə etməsinin davamlılığının təmin edilməsi işinə konkret insan talelərinə müsbət təsir göstərən layihələrin reallaşdırılması vasitəsilə də töhfələr verilməsinə nail olur.
Rəhbəri olduğu Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətilə müasir Azərbaycan dövləti və xalqının beynəlxalq miqyasda müsbət imicinin və nüfuzunun artırılmasına böyük dərəcədə xidmət edir.
Çox geniş bir coğrafiyada ehtiyacı olanları yardım və qayğı ilə əhatə etməklə ölkələr və xalqlar arasında münasibətləri mərhəmət və şəfqətlə zənginləşdirir, ölkəmizi və onun nailiyyətlərini layiqincə təbliğ edərək onun dostlarının dairəsinin genişlənməsinə çalışır.
Sərhəd tanımayan nəcib təşəbbüsləri ilə bütün dünyada xeyirxahlıq ünvanı kimi çıxış edir.
Azərbaycan dövlətinin və cəmiyyətinin diqqətini ən həssas, dəstəyə-xüsusilə mənəvi - daha çox ehtiyacı olan kəsimin qaçqın və məcburi köçkünlərin, şəhid və qazi ailələrinin sosial problemlərinin həllinə, həyat şəraitinin yaxşılaşdırılmasına yönəldir.
Təhsil, səhiyyə, idman sahəsində ölkə və beynəlxalq səviyyəli tədbirlərin, yarışların, eləcə də bu mövzuda vacib məsələlərin müzakirə olunduğu konfranslara, simpoziumlara ev sahibliyi etməklə bu sahədə meydana çıxan problemlərin həllinə kollektiv məsuliyyət formalaşdırılmasına töhfə verir.
Ölkə başçısı, cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində əldə edilən “Böyük Zəfər”in nəticələrinin möhkəmləndirilməsi, Qarabağda ədalətin bərpa olunması işini və bu siyasi xətti dəstəkləyən fəaliyyəti təşkil edir. Xüsusilə işğaldan azad olunan ərazilərdə tarixi abidələrimizin, misilsiz memarlıq nümunələrimizin yenidənqurma və bərpası, şəhər və kəndlərimizin müasir simasının formalaşdırılması, infrastrukturun inkişafı üçün yorulmadan çalışır.
Qarabağın incisi Şuşa şəhərində gedən abadlıq və quruculuq işlərində, yaxından iştirak edir, bu müqəddəs məkanın dünyanın mədəniyyət paytaxtlarından biri kimi tanınması üçün əzmlə səy göstərir, mədəniyyət diplomatiyası vasitəsilə ölkənin xarici siyasətində əhəmiyyətli rola malik fəaliyyət sərgiləyir.
Təsadüfi deyildir ki, o, zəngin mənəvi keyfiyyətlərinə, insanpərvərlik, şəfqət və mərhəmət rəmzinə çevrilmiş fəaliyyətinə, yüksək ideallar naminə ən müxtəlif təbəqələrin nümayəndələrini səfərbər etmək bacarığına və yorulmaz əməyinə görə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək titullara və mükafatlara layiq görülməkdədir.
Bütün bunlara rəğmən ən böyük mükafatı xalqının sevgisi, inamı və etimadı olan bir şəxsiyyət kimi o, bu gün hər zaman olduğundan daha çox bu etimadı doğrultmağa çalışır.
Avropa və Asiya ölkələrində, Türk və İslam dünyasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud və mümkün müstəvilərdə öz birləşdirici və sülh quruculuğu sahəsində fəaliyyətini əzmlə genişləndirir.
Şəxsiyyətinin miqyası, qətiyyətli xarizması ilə yanaşı zərifliyindən doğan “yumşaq güc” vasitəsilə bütün sədləri aşmağın mümkünlüyünü hamıya və hər kəsə sübut edir.
Bütün bağlı qapıları “mərhəmət və sevginin gücü ilə açmağa” qadir olduğunu əyani şəkildə ortaya qoyur.
Onu xalqımıza sevdirən sadəlik, xeyirxahlıq, mərhəmət rəmzi olmaqla bəşəri və humanist dəyərləri daim təbliğ edir.
Bir sözlə hər kəsin – ilk növbədə “Bizim Mehriban”ı olmaqda davam edir.
Mən isə bu əlamətdar gündə "Bizim Bir İnci Xanım"ı doğum günü münasibətilə ürəkdən təbrik edir, daim Uca Tanrının himayəsində olmasını arzulayıram.
Bahar Muradova
YAP İdarə Heyətinin üzvü,
siyasi elmlər üzrə fəlsəfə doktoru
26 avqust 2023-cü il
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.