Masallıda sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Masallıda rayonun 30 yerli sahibkarı ilə “Sitrus bitkiçiliyi sahəsində çağırışlar və perspektivlər” mövzusunda görüş keçirib.
“Masallı Sənaye Məhəlləsi”nin inzibati binasındakı tədbir Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Görüşdə həmçinin Aqrar Kredit İnkişafı Agentliyi, Masallı DAİM, Sahibkarlığın İnkişafı Fondu, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsi, Aqrar Tədarük və Təchizat ASC, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Müvəkkil kredit təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Dəyirmi masada “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.02.2018-ci il tarixli 3668 nömrəli Sərəncamının 8.1.2-ci tapşırığının - “Sitrusçuluq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi”, eyni zamanda sitrus bitkiçiliyi sahəsində çağırışlar və perspektivlər barədə müzakirələr aparılıb.
Tədbirdə sitrusçuluq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi və sitrus bitkiçiliyi sahəsində çağırışlar və perspektivlər haqqında aparılan ətraflı söhbətlər zamanı sahibkarlara bu sahədə üzləşdiyi çətinliklərin, bilik və bacarıqlarının artırılması və məsləhət xidmətlərinin göstərilməsi barədə lazımi dəstəyin veriləcəyi bildirilib.
Masallı RİHB-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov çıxışında statistik məlumatlara əsaslanaraq qeyd edib ki, 2022-ci ildə rayonda 1 hektar feyxoa, 1,4 hektar limon, 1 hektar portağal və 2 hektar isə naringi bağları yeni salınıb: “Rayon ərazisində sitrus meyvələrindən feyxoa, limon, portağal, naringi və kivi ağaclarından məhsul yığımı aparılıb. Belə ki, 01.01.2023-cü il tarixə olan məlumata görə feyxoa üzrə əkilmiş 59,2 hektarın 50,8 hektarından 266,2 ton, limon üzrə əkilmiş 16,9 hektarın 14,7 hektarından 88,2 ton, portağal üzrə əkilmiş 3 hektarın 2 hektarından 22,6 ton, naringi üzrə əkilib, 67,4 hektarın 60 hektarından 272,1 ton və kivi üzrə isə 15,8 hektar əkin sahəsindən 36 ton məhsul götürülüb...”
Duskussiya şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.