Bəybala Mirzəyev:
Ermənilərin fars dili “sevgi”si…
Və ya İranın yeni hədəfləri…
Deyirlər “müqəddəs yer boş qalmır”. Rusiya məlum səbəblər üzündən Ermənistandan uzaqlaşdıqca İran onun yerini tutmağa və hətta az qala Ermənistanı qeyri-ənənəvi üsulla “işğal” etməyə çalışır. Diplomatiya dilində buna “mədəni ekspansiya” da deyirlər.
Söhbət ilk növbədə Ermənistan məktəblərində fars dilinin tədris edilməsinin yenidən gündəmə gəlməsindən gedir. Yeni tədris ilindən Ermənistanda fars dili tədris olunacaq.
Mehdi Sübhani adlı təcrübəli fars diplomatı İranın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilən kimi Ermənistanın rəsmi şəxsləri ilə görüşlərində bu məsələni qabartmağa başladı. O, ötən gün Ermənistanın təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan ilə də görüşüb. Sözügedən görüşdə tərəflər Ermənistan məktəblərində fars dilinin öyrənilməsi və fars dili müəllimlərinin birgə yenidən hazırlanması məsələsini müzakirə ediblər.
Beləliklə, əvvəllər rus dilinin hakim rol oynadığı Ermənistanda indi də fransız və fars dili populyarlıq qazanacaq. Zatən hər iki ölkə (Fransa və İran) Ermənistana sahiblənmək və ermənilərin rəğbətini qazanmaq üçün son zamanlar lap dəridən-qabıqdan çıxır.
Yeri gəlmişkən, İrəvan və Tehran həmçinin iki ölkənin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi proqramı üzərində işləməyi planlaşdırır. Bununla bağlı xüsusi işçi qrupları da yaradılacaq.
Göründüyü kimi həm molla rejimi, həm də Ermənistan hakimiyyəti fars-erməni qardaşlığını və mütəfiqliyini yeni mərhələyə daşımaq niyyətindədir. Bu da İranın yeni hədəflərindən biridir.
P.S.
Birinin müsəlman, digərinin xristian (qriqorian) olması isə fars-erməni faşizmininin birləşməsinə əsla mane olmur. Dini etiqad fərqi şeytanların birliyi üçün əngəl deyil.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.