Şəhidin doğum günü ailəsi üçün tikilən yeni evdə qeyd olundu
Masallının rayonunun Çaxırlı kəndində 44 günlük Vətən müharibəsi şəhidi, çavuş Namiq Nurəddin oğlu Bağırovun (30.08.1984-08.10.2020) doğum günü onun ailəsi üçün tikilən fərdi yaşayış evində qeyd olunub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri, şəhid doğmaları, kənd sakinləri iştirak ediblər.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən söhbət açan RİH başçısı A.Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu: “Düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin, Nurəddin kimi oğullarımızın qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara uca Allahdan rəhmət diləyirik. Dövlətimizin başçısı və Birinci vitse-prezidentimiz hər zaman şəhid ailələri və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür. Vətən müharibəsi şəhidi Namiq Nurəddin oğlu Bağırovun ailəsi üçün tikilib bu gün istifadəyə verilən yeni yaşayış evi də həmin işlərin bariz nümunəsidir...”
Şəhid atası Nurəddin Bağırov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.