Rüstəm Orucova yeni çəkidə mübarizə aparmaq qismət olmayıb
Yanvarın 27-də Azərbaycan da daxil olmaqla, planetin 81 ölkəsini təmsil edən 544 (317 kişi, 227 qadın) cüdoçunun iştirakı ilə Portuqaliyanın Amade şəhərində startı verilən Qran-Pri davam edir. 2023-cü il mövsümünün ilk beynəlxalq yarışı olan və start günü cüdoçularımız üçün uğursuz keçən Qran-Prinin ikinci günü daha 5 təmsilçimiz mübarizəyə qatılıb. Təmsilçilərimiz arasında ən yaxşı nəticə hələki Elcan Hacıyevə (81 kq) məxsusdur. Ardıcıl olaraq, Özbəkistan, Bolqarıstan və Gürcüstan təmsilçisini məğlub edən Hacıyev Qran-Prinin yarımfinalına yüksəlib. Cüdoçumuz bu mərhələni də uğurla keçib adını finala yazdıra bilsə, ən pis halda turnirin gümüş medalını özünə təmin etmiş olacaq. Bu gün tatamiyə çıxan digər cüdoçularımıza gəlincə, Nurlan Osmanov (73 kq) da mübarizəni davam etdirir. Startda Mozambik təmsilçisini üstələyən Nurlan növbəti qarşılaşmada finlandiyalı Valtteri Olinanı məğlub edib. Onunla eyni çəkidə güləşən Vüsal Qələndərzadə isə elə ilk görüşdəcə Avstriya təmsilçisinə uduzub.
Bu gün tatamiyə çıxan zəriflərimiz - Aytac Qardaşxanlı (63 kq) ilə Südabə Ağayeva (70 kq) da start görüşdən sonra mübarizəni erkən dayandırıb.
Günün və turnirin diqqətçəkən məqamlarından biri Rüstəm Orucovun tatamiyə çıxmaması olub. Həmişə 73 kq-da çıxış edən Rüstəm bu yarışda 81 kq-da tatamiyə çıxacaqdı. Lakin yüksək hərarətin olması ona yeni çəkidə özünü sınamaq imkanı verməyib.
Xatırladaq ki, turnirin ilk günü 8 təmsilçimiz tatamiyə çıxıb. Lakin onlardan heç biri fərqlənə bilməyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.