BDU-nun “BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın finalında çıxış edib
Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın final mərhələsində çıxış edib.
BDU-nun “BSU Creativity Workz” komandası yarışmada "Ağıllı nəqliyyat texnologiyaları" kateqoriyası üzrə bu ilin may ayında İstanbul şəhərində keçirilən “TEKNOFEST-2023” festivalında birinci yerə layiq görülən "Driver's Eye" layihəsi ilə təmsil olunur.
Bu gün komanda üzvləri layihənin təqdimatını keçirib, Münsiflər Heyətinin suallarına cavab verib və müxtəlif panellərdə iştirak ediblər.
Qeyd edək ki, "TEKNOFEST-Girişim Yarışması"nda 10 kateqoriya üzrə 2419 komanda yarışır. Yarışın məqsədi keçmiş illərdə (2018 - 2023) TEKNOFEST festivalının müxtəlif kateqoriyalarında yarışaraq finalçı və ya qalib olan komandaların hazırladığı prototipləri, biznes ideyalarını istehsalata hazır son məhsula çevirmək, onların beynəlxalq bazara çıxışını, investorlarla görüşünü təmin etməkdir. Keçirildiyi illər ərzində "TEKNOFEST - Girişim Yarışması" vasitəsilə Türkiyədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 121 şirkət qurulub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.