Fasiləsiz və təhlükəsiz qaz təchizatı naminə
Azərbaycanın dinamik inkişafı fonunda əksər sahələrdə olduğu kimi ölkənin qaz təsərrüfatında da yeniliklər müşahidə olunmaqdadır. Əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası kimi məsələlərə xüsusi diqqət yetirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının nailiyyətlərindən bəhrələnən “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qazlaşdırma ilə bağlı tapşırığını vaxtında yerinə yetirməklə yanaşı, qaz təsərrüfatının dinamik inkişafına da nail olmuşdur. İlk növbədə qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter almış və ölkənin bütün bölgələrini əhatə etmişdir.
Bunu bizə müsahibəsində Lənkəran Regional Qaz İstismarı İdarəsi Masallı Xidmət Sahəsinin rəisi İxtiyar Seyfullayev bildirib.
O, əlavə edib ki, abonentləri gün ərzində etibarlı və fasiləsiz təbii qazla təchiz etməklə yanaşı, qaz kəmərləri və avadanlıqlarının texniki xidmətinin təşkili və onlara nəzarət, istehlakçıların qazdan səmərəli istifadəsi, baş verən qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi də əsas vəzifələrimizdəndir. Kollektivimizin hər bir üzvü öhdəsinə düşən vəzifəni vicdanla və yüksək peşəkarlıq səviyyəsində icra edərək, bu sahədə intensiv, müntəzəm iş aparır.
2022-2023-cü illərdə rayon ərazisində Xidmət Sahəsi tərəfindən görülən işlər barədə məlumat verən İ.Seyfullayev qeyd edib ki, Masallıda son illər görülən abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu işlərin həyata keçirilməsilə əlaqədar bizim də öhdəmizə müəyyən işlər düşür. Yəni şəhər və kənd yollarına asfalt örtüyünün vurulması, səliqəsiz görünən və ya yolların en kəsiyinin daraldılmasının qarşısını almaq məqsədilə qaz boru xətlərinin maksimum dərəcədə yol kənarına tərəf yerləri dəyişdirilir və s. Bu istiqamətdə Masallı şəhəri, Ərkivan qəsəbəsi, eləcə də rayonun Ləngan, Həsənli, Köçəkli, Əhmədli və Kolatan kəndlərində müəyyən işlər görülüb və 850 paqometr boruların yeri dəyişdirilib.
Ötən illərdə olduğu kimi, bu gün də rayonda qaz təsərrüfatının inkişafı naminə işlərin davam etdirildiyini deyən Xidmət Sahəsinin rəisi bildirib ki, əhalinin daimi, fasiləsiz təbii qazla təmin olunmasından ötrü Masallı şəhər ərazisində, Boradigah və Ərkivan qəsəbələrində, Həsənli, Məmmədxanl, Eminli, Qızılağac, Birinci və İkinci Yeddioymaq, Şıxlar, Viləş, Təzəkənd, Musaküçə, Göyəçöl, Xıl kəndlərində 2 ədəd ŞQTM-100, 2 ədəd ŞQTM-300, 9 ədəd ŞQTM-500, 4 ədəd ŞQTM-1000, 2 ədəd RDQ-150, 6 ədəd RDUK-100, 5 ədəd RDQ-80, 45 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılıb.
Payız-qış mövsümünə hazırlıqla bağlı görülən və nəzərdə tutulan işlərdən bəhs edən İxtiyar müəllim deyib:
–Şəhərin Talışxanov küçəsində 1 ədəd RDUK-200, H.Aslanov küçəsində 4 ədəd ŞQTM, Musaküçə kəndində 4 ədəd ŞQTM, Lürən-Ərkivan yollarının kəsişməsində 1 ədəd RDUK-100, Boradigah, Ərkivan qəsəbələrində, Alvadı kəndində 8 ədəd siyirtmə quraşdırılıb.
Həmçinin korroziyaya uğramış 883 paqometr müxtəlif diametrli borular yeniləri ilə əvəz olunub. Binə Xocavar kəndində d219 diametrli korroziyaya uğramış boru 940 paqometr polietilen borularla təzələnib.
Nəzərə çatdırım ki, Ərkivan qəsəbəsində 20200, Çaxırlı kəndində 4600, Türkoba-Boradigah yolunda d159 millimetrlik 1200 paqometr, Allahyarlı QPS-dən Masallı-Yardımlı yoluna perpendikulyar PE225 110 metr məsafədə təmir və yenidənqurma işləri görüləcək.
İndi bütün regionların, hətta ucqar dağ kəndlərinin “mavi yanacaq”la təchizatı bir reallıqdır. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. “Azəriqaz” İstehsalat Birlyinin vəsaiti hesabına rayonun Əzizabad, Məmmədrzaküçə və Ninalov kəndlərinə küçə xətləri çəkilib. Bu ərazilərin sakinləri də təbii qazdan istifadə edə biləcək.
Bundan əlavə, təbii qaz itkilərinin azaldılması məqsədilə müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yenilərilə əvəz edilir.
Ötən illərlə müqayisədə qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq Masallı rayonu üzrə cəmi 9 qazlaşdırılmamış kənd qalıb. Hətta sovet dövründə qazlaşdırılmayan kəndlərə qaz xətləri çəkilir.
Şəhid, qazi ailələrinin də sahəmizlə bağlı problemləri diqqət mərkəzindədir. Belə ki, 10 ailənin mənzili qazla təmin olunub.
Abonentlərə tövsiyəsini çatdıran İxtiyar Seyfullayev vurğulayıb ki, istehlakçıların “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə riayət etməsi məqsədilə tərəfimizdən aparılan məqsədyönlü təbliğata baxmayaraq, təəssüf ki, hələ də təbii qazdan düzgün istifadə edilməsi qaydalarının kobud şəkildə pozulması, dəm qazından zəhərlənmə halları qeydə alınır. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasından ötrü istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini, istifadə edilən təbbi qaz dəyərinin vaxtında ödəmələrini xahiş edirik.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.