«Tarix heç nəyi unutmur» – Masallıda tədbir
Masallı rayonunda “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin hərb tarixindəki rolu və qəhrəmanlarımızın xatirəsinin yad edilməsi məqsədilə “Tarix heç nəyi unutmur” mövzusunda tədbir keçirilib.
Tədbir Masallı Dövlət Rəsm Qalereyasının, Tarix-Diyarşünaslıq Muzeyinin və “Viləş STV” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
“Viləş STV” istirahət mərkəzində təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əmrah Mazanov, QMİ-nin Masallı bölgəsi üzrə qazisi Rəşid Talıbov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Nahid Rəhimov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, ağsaqqallar, şəhid ailərinin üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Milli Ordumuzun inkişaf tarixinin Ümummilli Liderin adı ilə bağlı olmasından, həmçinin Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinin inkişafı, ordu quruculuğu sahəsində aparılan işlərin ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verərək, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmasından bəhs edilib.
Qeyd olunub ki, «Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır» - deyən Ulu Öndərin gərgin fəaliyyəti sayəsində dövlətimizi yox olmaq təhlükəsindən qurtararaq ictimai-siyasi sabitliyi bərqərar etməsi, onun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin dövlət başçısı seçildiyi gündən həyata keçirdiyi yeni inkişaf konsepsiyası Azərbaycanı tarixin ən qüdrətli dövlətinə çevirib.
Övladlarının qəhrəmanlıqları ilə hər zaman qürur duyduqlarını ifadə edən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə, eləcə də şəhidlərin xatirəsinin yad edilməsilə bağlı keçirilən tədbirlərdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Yekunda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Akif VAQİFOĞLU.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.