Hikmət Hacıyev: “Ermənistanda “azərbaycanlı” və “türk” sözləri təhqir kimi işlədilir
"Ermənistanda "azərbaycanlı” və ya "türk” sözü təhqir kimi işlədilir. Bu, erməni cəmiyyətindəki əsas düşüncə haqqında çox şey deyir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Arab News”a müsahibəsində deyib.
O diqqətə çatdırıb ki, irqi ayrı-seçkiliyin bütün formalarının tam ləğvi haqqında Beynəlxalq Konvensiyaya əsasən, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Ermənistana qarşı çox ciddi plan ortaya qoyub.
Hikmət Hacıyev etnik nifrət və Azərbaycanofobiya ilə bağlı bir çox nümunələr göstərə biləcəyini vurğulayıb:
"Faktlar öz sözünü deyir. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün mədəni, dini və hətta bəşəri irsinin bütün elementlərini məhv edib. Ona görə də bəzi beynəlxalq media orqanlarının Ermənistanın siyasi təbliğatının tələsinə düşməsindən təəssüflənirəm.
Ermənilər Azərbaycandan göndərilən unu götürməmək üçün dirənirlər. Mənə etnik nifrətlə bağlı sual verirsiniz. Bəs bu nədir? Buğda ununun etnik mənsubiyyəti yoxdur. Hər kəsin istifadə edə biləcəyi əsas qidadır. Bəs niyə bundan imtina edirlər?”
H.Hacıyev Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun avqust ayında Laçın yolunun guya blokadada olduğunu iddia edən və bunu soyqırımı kimi xarakterizə edən hesabat dərc etməsinə də münasibət bildirib. O söyləyib ki, ədalət adından danışdığını iddia edən bu şəxsin ilk növbədə şəxsiyyəti, dürüstlüyü sual altındadır:
"Beynəlxalq mediada onun qanunsuz əməlləri ilə bağlı çoxlu faktlar var. Amma bu, mənim işim deyil.
İkincisi, mən təəssüf edirəm ki, hüquqşünas olduğunu iddia edən şəxs soyqırımı anlayışından onun nə demək olduğunu bilmirmiş kimi sui-istifadə edib.
Üçüncüsü, o, qərəzlidir. Niyə Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində törətdiyi soyqırımları və hərbi cinayətlərdən danışmır? Azərbaycanın səkkiz şəhəri mülki əhali ilə birlikdə tamamilə məhv edilib. Okamponun hesabatında bu fakt haradadır? 1992-ci ildə Srebrenitsadan əvvəl Azərbaycanın Xocalı şəhərinin bütün əhalisi ermənilər tərəfindən qətlə yetirilərkən Okampo harada idi?”
Hikmət Hacıyevin sözlərinə görə, əsas məsələ kimin kimə qarşı soyqırımı törətdiyini sual etməkdir:
"Kim kimə qarşı soyqırımı törədib? Böyük sual budur. Öz torpağından etnik təmizləməyə məruz qalmış, 30 ildir məcburi köçkün və qaçqın həyatı yaşayan bir milyon azərbaycanlı baxımından cavab verilməli sual budur. Okampo Azərbaycanın mədəni irsi, o cümlədən Ermənistan tərəfindən tamamilə dağıdılan Azərbaycan məscidləri ilə bağlı niyə susur?”
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.