Toksikoloq, professor, Avropa Təbii Elmlər Akademiyasının (ATEA, Hannover, Almaniya) akademiki, Elmi İxtiralar və Kəşflər Müəlliflərinin Beynəlxalq Akademiyasının müxbir üzvü Mixail Kutuşov bu bitkidən hazırlanan tabletlərin və valerian kökündən dərmanın dozadan artıq içildikdə verə biləcəyi mənfi nəticələri sadalayıb.
Valerianın təhlükələri barədə o, "Doktor Piter" nəşrinə müsahibəsində danışıb.
Həkim bildirib ki, hamilə qadınların və uşaq əmizdirən anaların, hipertoniya xəstələrinin, xroniki enterokolit xəstəliyi (yoğun və qalın bağırsağın eyni vaxtda iltihabı) olan insanların bu dərmanı qəbul etməsi qətiyyən məsləhət görülmür. İnsult və infarkt keçirən insanlar isə ehtiyatla qəbul etməlidir. Toksikoloq izah edir ki, valerianın spazmolitik və xoleretik (ödqovucu) təsiri böyrək daşları və xroniki mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Kutuşov bildirib ki, artıq doza dedikdə Valerianın bir dəfəyə 20 qramdan çox qəbulu, həmçinin uzun müddət ərzində çox sayda qəbulu nəzərdə tutulur. "Bu halda insan mədəsində ağrı, sinəsində sıxıntı hiss edə bilər, başgicəllənmədən, əllərin titrəməsindən şikayət edə bilər, göz bəbəklərinin genişlənməsi belə baş verə bilər" - deyə toksikoloq xəbərdarlıq edir.
Həkim Valerian qəbulunun digər yan təsirləri kimi şiddətli əzələ zəifliyi, yuxululuq, iş qabiliyyətinin azalması, süstlük, uzun müddət istifadə zamanı qəbizlik və psixomotor reaksiyaların azalması, allergik reaksiyaların yaranması hallarının ola biləcəyini qeyd edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.