Nərmin Abdinova Avropa çempionatında 2 turdan sonra yüksək nəticə toplayıb
Rumıniyanın Mamaya şəhərində yeniyetmə şahmatçıların Avropa çempionatı (4-15 sentyabr) keçirilir.
Mötəbər turnirdə 8, 10,12,14, 16 və 18 yaş kateqoriyalarında qitənin ən yaxşı iti zəka sahibləri müəyyənləşəcək. Yarışda Azərbaycanın 44 şahmatçımız medallar uğrunda mübarizə aparır.
Qitə çempionatında Azərbaycan yığması tərkibində yer alan FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçısı Nərmin Abdinova (U-16) iki turdan sonra maksimum nəticə əldə edib.
Məlumat üçün bildirək ki, Nərmin Yusif qızı Abdinova Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev xəbər verir ki, istedadlı şahmatçı bu vaxtacan bir sıra idman uğurlarına nail olub. Müxtəlif vaxtlarda Bakı şəhər (2018, 2019) və Azərbaycan (2018, 2019, 2021, 2022) birinciliklərinin qalibi, 14 yaşadək qızlar arasında Avropa çempionatının (2021) birincisi, “Azərbaycan - 1” yığması tərkibində FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının (komanda üçüncü yer, dördüncü stolda qızıl medal) qızıl medalçısı (oktyabr 2022), Rusiya Federasiyasının Moskva şəhərində MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında gümüş medal, Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində qızıl medal mükafatçısı olub.
Akif VAQİFOĞLU.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.