Çayxana-qeybət mərəzi
Qara yaxmaqdan ləzzət alan dələduz və boşboğaz “şir-pələng”lər...
Dükanda, çayxanada, bazarda giley-güzar edənlərə, mətbuatda buna bənzər eyhamlara, dedi-qoduya, şit və çiy yazı-pozuya rast gəlmək mümkündür. Elə ki, siyasət mövzusunda söhbət açılır, hərəsi olur bir ekspert – lap elə bəzi televerilişlərdəki kimi. Özlərinin uydurduqları nağıllara inanırlar. Onların əksəriyyəti millət və cəmiyyətin fərqini bilməyən məkrli, məqsədli və məsuliyyətsiz danışanlardır.
Əməli ilə sözü düz gəlməyənin nəyinsə haqqında mühakimə yürütməsi iyrəncdir. Qara yaxmaqdan ləzzət alan dələduz və boşboğaz qeybət meydanında şir-pələngə dönür, başlayır onun-bunun işinə burun soxmağa. Bir sözlə, haqsız danışan kəs vətəndaş, valideyn, sənətkar kimi yarımçıq, insan kimi keyfiyyətsiz, qüsurlu və yarıtmazdır.
Arada mənim də çayxanaya yolum düşür. Amma gərək çayxanada oturanda elə adamla oturasan ki, ondan nəsə öyrənə biləsən. Mənəvi dünyası yoxsuldur deyə, qeybət edəndən, savadı yoxdur deyə, boş və mənasız danışandan nə öyrənəcəksən axı? Beləsindən yaxşı nəsə gözləmək çətin məsələdir. Desən heç olmazsa bir ağac ək, əkməz. Hər gün çayxanada siqaret çəkə-çəkə, çay içə-içə, domino, nərd oynaya-oynaya, onun-bunun “hesabını” apara-apara vaxt öldürmək mərəzinə tutulan yalnız özünü düşünür.
Tənbəlliyimizə müxtəlif bəhanələrlə başqa adlar qoymaqdayıq. Gənclər bütün günü sosial şəbəkələrdə “ağır” mövzuları müzakirə etməkdədir. Halbuki onlar oxumalı, xarici dil öyrənməli, müəyyən peşəyə yiyələnməlidirlər.
Bəzisini dindirəndə adamı borclu çıxardır - bəy olmaq, ağa olmaq istəyir. Amma əlini ağdan qaraya vurmaq istəmir. Beləsi heç işləyəndə də düz işləmir.
Eləsi də var ayın axırını gözləyir ki, evdəkilərdən kimsə maaş və ya təqaüd alıb ona “ianə”etsin. Getsin çayxanaya, qəlyan çəkməyə, domino, nərd oynamağa...
Hərə öz işini vicdanla, məsuliyyətlə görsə, oxusa, öyrənsə, özü özünü yetişdirsə çox şey dəyişər. Sadəcə, doğru seçim etmək lazımdır.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.