Payız yuxululuğunun SƏBƏBLƏRİ
Vitamin çatışmazlığı və qanda melatoninin səviyyəsinin artması payız yuxululuğunun və depressiya əhvalının əsas səbəbləridir.
Bu sözləri endokrinoloq Svetlana Şokur deyib.
Mütəxəssis vurğulayıb ki, bir il öncədən vitamin ehtiyatı toplamaq mümkün deyil. Onlar orqanizmə daxil olur, öz funksiyalarını yerinə yetirir və parçalanırlar. Ona görə də bu, yağışlı havalarda günəş işığının olmaması səbəbindən baş verir.
Bundan əlavə həkim payızda pəhrizə daha çox C və E vitaminlərinin əlavə edilməsini məsləhət görüb.
"Bu maddələr orqanizmin virus infeksiyalarına və soyuqdəymələrə qarşı müqavimət qabiliyyətini artıracaq", - endokrinoloq vurğulayıb.
Həkim əlavə edib ki, vitaminlərlə yanaşı, hormonlar da insanın əhval-ruhiyyəsinə və ümumi rifahına təsir göstərir. O, soyuq mövsümdə qanda melatoninin səviyyəsinin yüksəldiyini, bunun yuxululuğa səbəb olduğunu, xoşbəxtlik hormonu olan serotoninin istehsalının azaldığını izah edib
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.