Faiq İsmayılov:
Efiopiyalı alim Ermənistanı ifşa etdi
Qarabağ və şərqi Zəngəzur regionlarının, qədim erməni torpaqları olması barədə son 30 ildə Ermənistanın qeyri-qanuni iddiasının məqsədi işğal altında saxladığı Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaq məqsədi güdürdü. Burada ermənilərin istəyi Azərbaycanın müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrinin bir qisminin dağıdaraq yox edilməsini və digər bir qisminin mənimsəyərək xəyallarında yaratdıqları “Böyük Ermənistan dövlətinin” mədəni irs nümunələri kimi təqdim etmək məqsədi olmuşdur.
Bəs erməni dövləti olubmu? Bu suala erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə “Ermənistan və ermənilər” əsərində belə cavab vermişdi: “Ermənilərin dövlətləri olmayıb. Onlarda vətən hissi, vətənə bağlılıq siyasəti yoxdur. Erməni təəsübkeşliyi yalnız yaşadıqları yerlərlə bağlıdır”. Erməni tarixçisinin məlumatından bu qənaətə gəlmək olar ki əgər erməni dövləti olmayıbsa o zaman nə mükəmməl erməni dili, nə də erməni əlifbası olmamışdır.
Hal-hazırda ermənilərin istifadə etdikləri ərazilər, mədəniyyət və əlifba digər xalqlar və dövlətlərdən oğurlayaraq mənimsəyiblər. Bu yaxınlarda məlum olmuşdur ki ermənilərin qürurla təqdim etdikləri əlifba Afrika ölkəsi olan Efiopiaya məxsusdur.
Efiopiyadan olan, alim və tədqiqatçı Tekola Haqosun “Efiopiya əlifbası, onun yaradılması və təkmilləşdirilməsi tarixi” adlı əsərində müəllif bir sıra erməni saxtakarlıqlarını elmi sübutlarla ifşa edib. Müəllif bu barədə düşüncələrini 2020-ci ilin noyabr ayının 28-də Əddis-Əbəbədə keçirdiyi mətbuat konfransında jurnalistlərlə bölüşüb. Konfransda Ukraynadan olan jurnalistlər və “International Science Group” nəşriyyatının (ISG) nümayəndələri iştirak ediblər. Jurnalistlər professorun çoxdan gözlənilən və sensasiyaya səbəb olan kitabının müzakirəsində iştirak etmək imkanı əldə ediblər. Kitabı maraqlı edən, keçən əsrlərdə Efiopiya əlifbasının və mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi faktı aşkar olmuşdur.
Efiopiya əlifbasının köklərini və bu əlifbaya yaxın olan əlifbaları araşdıran Tekola Haqos, Ermənistanda erməni əlifbasının yaradıcısı kimi təqdim olunan Mesrop Maştotun, əslində Efiopiyadan olan missioner olduğunu və Efiopiyada casus kimi çalışması haqqında təkzibolunmaz sübutlar üzə çıxarmışdır.
Beləki, V əsrdə Aksum krallığının təsiri xeyli artmışdı, krallıq xristian dini-dəyərlərini yaymaqla Efiopiyanın geosiyasi maraqlarını həll etməyə nail olmuşdu. Aksum kralı I Nezulunun tapşırığı ilə sarayda diplomat kimi işə qəbul edilən əslən erməni Mesrop Maştot, kralın ona olan etimadından istifadə edərək Efiopiya əlifbasını sadələşdirərək, dünyada parakəndə və köçəri həyat sürən erməni tayfaları arasında yaymağa nail olmuşdu. Mesrop Maştot heç vaxt erməni olması barəsində Efiopiyada heç kimlə məlumat paylaşmamışdı.
Professor Haqos bu barədə deyir – “Bizim Dövlətimiz (Efiopiya), ermənilərə təkcə əlifba vermədi, biz erməni milli kimliyinin daha da qorunub saxlanmasında mühüm rol oynadıq. Biz müasir dövrdə erməni ədəbiyyatının və yazısının, milli məktəbinin və pedaqoji fikrinin banisinə çevrildik. Bunu Avropa mühitində sensasiya kimi qəbul edilənlər bilməlidirlər ki, bu məsələ Efiopiyanın elmi dairələrində kifayət qədər çoxdan məlum olan faktlardır. Təsəvvür edin, ermənilərin tarixi faktları bu qədər məharətlə, həyasızcasına və vicdansızcasına təhrif etmələri məni heyrətləndirdi? Mesrop Mashtotsun erməni olması məni şoka saldı. Mesrop bütün ömrü boyu Efiopiya və onun mədəni irsi barədə heç bir yazısında adi bir qeyd belə göstərmədi. Efiopiyanın mədəni dəyərləri haqqında müsbət fikir söyləmədi”.
Professor daha sonra dediklərinə əlavə etdi: - “Mənə elə gəlirdi ki, bu cür kütləvi saxtakarlıq sadəcə mümkün deyil, buna erməni tarixçiləri inana bilməzlər. Ona görə də üzümə bağlı olan qapıları döyməyə başladım. 2010-2016-cı illərdə bu mövzuda çıxış etdiyim bir neçə müsahibəmi dərc etdim, erməni tarixçilərini işə qoşulmağa və bu mübahisəli məsələləri sivil şəkildə həll etməyə çağırdım. Bunun müqabilində erməni tarixçilərindən yalnız aşağılayıcı, qeyri-konstruktiv tənqidlər aldım”.
Məlum həqiqətə erməni tarixçilərini inandırmağa çalışan professor, erməni alimləri tərəfindən ələ salınaraq irqçi çıxışlarla təhqir olundu. Ermənilər, professoru və bütün afrika xalqlarını meymunlara bənzədir və rişxənd edirdilər. Professor ermənilərə başa salmağa çalışır ki, “efiopiyalılar Qafqaz irqinin xüsusi cənub qoludur, təbii ki, mənim xalqımın tarixində aborigen zənci tayfaları ilə nikahlar olub. Amma bunu qınamaq, xüsusən də savadlı bir alim qrupu üçün yolverilməzdir”. Amma bacarmadı.
Bu cür sərt tənqidlərə cavab olaraq ermənilər arasında məsuliyyətli alimlərin tapılmasına ümid edən Tekola Haqos, 2016-cı ildə bütün erməni tarixçilərinə açıq müraciət etsədə bundan da heç bir nəticə əldə edə bilmədi.
Bu məsələni araşdırmaq üçün, professor təşəbbüs göstərərək, Efiopiyadan olan tarixçilərdən ibarət nümayəndə heyəti ilə Türkkiyəli alimlərlə görüş üçün razılıq əldə etdi və bu görüşə erməni alimlərini də dəvət etdi. Bu tədbirə gəlmək istəyi olan erməni alimlərinin təhlükəsizliyinə həm ev sahibi Türkiyə Respublikası, həm də Efiopiya Federativ Demokratik Respublikası zəmanət verdi. Efiopiya tərəfi hətta erməni alimlərinin, ezamiyyə xərclərini öz üzərlərinə götürür və müqavilənin qüvvədə olduğu dövrdə erməni alimlərə minimum əmək haqqı da ödəməyə söz verirlər.
Bu görüşün təşkilinə israrlı olan professor dediklərinə əlavə etdi ki, - “Mən şəxsən, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının akademiki Aşot Aqasieviç Melkonyanla telefonla danışıq apararaq, onu da bu tədbirə gəlməyə inandırmağa çalışdım. Ona, Türkiyə tərəfi ilə arxivlərə tam girişlə bağlı danışıqlar aparacağıma, o cümlədən 1915-ci il hadisələri ilə bağlı ermənilər üçün əhəmiyyət kəsb edən sənədlərlə tanış ola biləcəyinə söz verdim. Bütün bunlara baxmayaraq Ermənistan tərəfi əməkdaşlıqdan imtina etdi. Əvvəlcə mənimlə çox nəzakətli davranırdılarsa, sonda mənim bir insan kimi ləyaqətimi alçatmağa çalışdılar. Razılığa gəlmək üçün heç bir fürsət buraxmadılar”.
Bundan sonra Tekola Haqos Ermənistanın elmi ictimaiyyətinə müraciət ünvanlasada bu müraciət erməni mətbuatında dərc olunmur. İnadından əl çəkməyən professor, müraciətini Ermənistanda geniş yayımlanan “Literary Georgia” qəzetində çap etdirir.
Professorun bu xoşməramlı münasibətinə cavab olaraq ona ermənilər tərəfindən çoxsaylı təhdidlər gəlməyə başlayır. Erməni diasporu, “WoS və Scopus”-un məlumat bazalarında professorun nəşrlərinə mane olmağa başlayır və hətta Efiopiya mətbuatında professoru bir alimin şəxsiyyətini ləkələyən bir neçə sifarişli yazılar da çap etdirirlər.
Ermənistandan, Facebook-da professorun profilimi tapanlar, onu dostluqlarına dost kimi əlavə edənlər, onunla ünsiyyət qurmağa və “dost olmağa” cəhd edənlər də var idi. Lakin bu qisnm adamlar, professordan bundan sonra əlifba araşdırmalarını dayandırmı xahiş etdilər. Ermənilər ona bir xristian kimi tarixi saxtakarlığa göz yummağa çağrış edirdilər.
Professorun bu məsələnin sonunda gəldiyi qənaət belə oldu: - “Lakin mən, “kiçik” görünən yalanlara göz yuma bilmirdim. Amma erməni tədqiqatçılarının tarixi manipulyasiya problemi mənimsənilən əlifbadan qat-qat genişdir. Erməni yalanları böyük bir bina kimi görünür, onu yalan adlandırmaq olar, bu yalanın əsası, Ermənistan dövlətinin “böyüklüyünün və qədimliyinin” illüziyası - Mesrop Maştotun mənşəyi kimi yalandır. Bu hekayədən sonra mən getdikcə daha ətraflı araşdırmalar aparmağa başladım. Nəticədə bu yeni kitabım çıxdı. Mən orada ermənilərin bütün yalanlarını ifşa etdim və erməni tarixçilərinin Efiopiya xalqının elmi və mədəni irsini oğurlamaq cəhdindən bütün dünya xəbər tutmasını istədim”.
Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.