Fariz Xəlilli Nərgizavada yeni tədqiqatlara başlayıb
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərlik etdiyi Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonu Gəgəli kəndi ərazisində yerləşən antik dövr və ilk orta əsrlərə aid nekropolda tədqiqata başlayıb. Nekropolun əsas hissəsi Gəgəli kəndinin yaşayış evlərinin yerləşdiyi Məmmədli və Təhməzli məhəllələrində üzə çıxdığı üçün ekspedisiya işinə İpək yolu küçəsi ev 91 ünvanında yerləşən həyətyanı sahədə başlayıb.
Qazıntı əvvəlcə 32 kv.m. sahədə başlanıb, 60 sm dərinliyə qədər qarışıq təbəqə təmizlənərək götürülüb. Qarışıq təbəqə uzun dövrlər ərzində şum işlərinin görülməsi, təsərrüfat quyularının qazılması nəticəsində yaranıb. Qarışıq təbəqədən ellin dövrünə aid nərgizava tipli qabların müxtəlif hissələrinin parçaları, küpə, parç, dolçaların fraqmentləri seçilərək götürülüb.
Qazıntı sahəsinin 60 sm dərinlikdə birinci kvadratının şimal-şərq hissəsindən bir-birinə yaxın iki sadə torpaq qəbir üzə çıxıb. Birinci qəbirdə gənc qadına məxsus skelet qalıqları təmizlənib. Skelet sıx bükülü vəziyyətdə sağ böyrü üstə başı cənub-şərqə olmaqla dəfn olunub. Skeletin üzü qarşısından bir ədəd oturacağında "ölüm deşiyi" (kill hole) olan saxsı qab, çanaq hissəsi istiqamətində isə yerə başıüstə basdırılmış daş heykəlin baş hissəsi aşkar olunub. Bu qəbirdən kömür və sümük qalıqları analiz üçün götürülüb. İkinci qəbirdə körpə uşağa məxsus skelet qalıqları təmizlənib. Skelet sıx bükülü vəziyyətdə sağ böyrü üstə başı şimal-qərbə olmaqla dəfn edilib. Skeletin üzü qarşısından bir ədəd "ölüm deşiyi" olan saxsı qab aşkar olunub. Maraqlıdır ki, bu saxsı qabla yanaşı, skeletin çanaq hissəsində on ədəd sındırılmış qab parçası müşahidə edilib.
İlk dəfədir ki, Nərgiava abidəsində qəbir avadanlığı içərisində oturacağında "ölüm deşiyi" olan saxsı qablara rast gəlinir. Bununla yanaşı, bu abidədə daş heykəlin başının qoparılaraq başıüstə qoyulması və saxsı qabların sınıqlarının qəbir avadanlığına daxil edilməsi dini ayinlərlə bağlı yeni tapıntıdır. İlkin araşdırmalar göstərir ki, belə rituallar ellin dövründə Ptolomeylər Misirinə xasdır və daha əvvəlki dövrlərin dini ayinlərini əks etdirir.
Qafqaz Albaniyasının Ellin dövrünə aid yeni tapıntılar üzə çıxdığı üçün qazıntı sahəsi şimala doğru 32 kv.m. artırılıb. Hazırda Nərgizava arxeoloji ekspedisiyası 64 kv.m. sahədə öz işini davam etdirir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.