Asif Rüstəmli:
ÜZEYİR BƏY HACIBƏYLİ (və "Azərbaycan" qəzeti)
Üzeyir Bəy Hacıbəyli "gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi - "Azərbaycan"ın (1918-1920) ən uzunömürlü müdiri, mühərriri olub. Qəzetin 433 nömrəsindən (bəzi mənbələrdə 443) 345 sayı məhz onun redaktəsi və rəhbərliyi ilə işıq üzü görmüşdür. Azərbaycan Cümhuriyyətinin taleyüklü məsələləri istisnasız demək olar ki, "Azərbaycan"ın yaddaşına həkk edilmişdir. Qəzet sözün geniş mənasında müstəqil olduğu qədər də dövlətə bağlı mətbuat orqanı idi. Qəzetin "Azərbaycan" adlı hökumət mətbəəsində kitablar, afişalar, açıqcalar, çap məmulatları da nəşr edilirdi. Nə qədər qəribə olsa da Üzeyir Bəyin rəhbərliyi ilə qəzetin və mətbəənin əməkdaşları əməkhaqlarının artırılması tələbilə 1920-ci il yanvar ayının 26-dan fevral ayının 1-dək tətil elan etmiş, qəzetin nəşrini təxminən bir həftə dayandırmışlar. "Azərbaycan" qəzeti kollektivinin tələbi ilə yanvar ayının 30-da Azərbaycan Heyəti-Vükəlasında (Nazirlər Kabinetində) tətilin səbəbləri araşdırılmış, təkliflərə baxılmış, qəzetin redaksiyası Hökumətin İşlər idarəsinin balansına keçirilmiş, əməkdaşların əməkhaqqı 50 faiz artırılmışdır.
Üzeyir Bəyin müdirliyi ilə "Azərbaycan" qəzetinin son - 85-ci sayı 1920-ci il 28 aprel tarixində, iri formatda, 8 səhifə həcmində dərc edilmişdir.
Üzeyir Bəy Hacıbəylinin 1920-ci il 1 kanuni-sani (yanvar) tarixində "Azərbaycan" qəzetində dərc etdirdiyi bir elan bugünkü Azərbaycan - Ermənistan siyasi-tarixi menyüsü üçün də çox aktual və əhəmiyyətlidir.
"Ermənistanda Ermənistan Heyəti-Vükəlasının (Nazirlər Kabinetinin) Qətnaməsilə Ermənistan şəhərləri, köyləri (kəndləri), irmaqları (bulaqları), dağları və qeyri yerlərinin tarixi isimlərini (adlarını) ehya (bərpa) etmək üçün Daxiliyyə Nəzarəti (Nazirliyi) cənbənində (yanında) xüsusi bir komissiyon təşkil edilmişdir."
Qərbi Azərbaycanda şəhərlərin, kəndlərin, dağların, çayların, göllərin, bulaqların, maddi-mədəniyyət abidələrinin tarixi adlarının dəyişdirilməsi, türk toponimlərinin saxtalaşdırılmasının, erməniləşdirilməsinin tarixi Ermənistan Heyəti-Vükəlasının (Nazirlər Kabinetinin) vurğulanan 1919-cu il qətnaməsindən başlanır. Tarixi Azərbaycan adlarının saxtalaşdırılması prosesi sovet dönəmində də dayandırılmamış və son 30 ildə də həyasızcasına, məsuliyyətsizcəsinə davam etdirilmişdir.
"Azərbaycan" qəzeti Üzeyir Bəy Hacıbəylinin erməni saxtakarlığına, barbarlığına, qəddarlığına, mənəviyyatsızlığına qarşı mübarizədə uzaq vuran "artilleriya"sı idi. Ruhu şad olsun!
Bakı, 18.09.2023
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.