GÜLƏŞ
--------------
Eldəniz Əzizli üçqat dünya çempionu olub
Serbiyanın paytaxtı Belqradda idman güləşi üzrə keçirilən dünya çempionatı davam edir. Sərbəat güləşçilərin və qadınların yarışından sonra mübarizəyə qatılan klassiklərin yarışının ilk günü döşək üzərinə cıxan 4 təmsilçimizdən üçü uğurla çıxış edərək finala yüksəlib. Onlardan biri - bu finala qədər ikiqat dünya çempionu adını daşıyan Eldəniz Əzizıi (55 kq) artıq final görüşünü də bitirib. Qeyd edək ki, finalda Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumiya ilə qarşılaşan Əzizli bu həlledici görüşü də qələbə ilə (13:4) başa vuraraq titulunu qorumaqla yanaşı, həm də 3 qat dünya çempionu olub.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamızın daha iki üzvü bu gün final görüşünə cıxacaq. Bunlardan Sənan Süleymanov (7 kq) Qırğızıstan güləşçisi Akjol Maxmudovla, iki il öncə dünya çempionu olmuş Rafiq Hüseynovsa (82 kq) iranlı Əlirza Moxmadipiani ilə qarşılaşacaq.
Yeri gəlmişkən, bu gün daha 3 güləşçimiz - Nihad Məmədli (60 kq), Ülvi Qənizadə (72 kq) və Arif Niftullayev (97 kq) mübarizəyə qatılıb. Təəssüflər olsun ki, hər üç təmsilçimiz cıxışını erkən bitirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.