Kərim Kərimli:
Əsas odur ki, ermənilərə verdiyimiz sözə əməl etdik!!!
30 avqust 1998-ci il.
Səhər tezdən mikroavtobusla Şuşaya qalxırıq.
Əjdaha bulağının yaxınlığında sağ tərəfdən yolun üstündə bir tank qoyulduğunu görürəm.
Lüləsi Şuşa qalasına tərəf tuşlanıb.
- Bunu bura niyə qoymusunuz? - deyə soruşuram.
- Bu, Şuşa alınanda şəhərə girən birinci tankdır, - deyə erməni jurnalistlərdən biri cavab verir. - Burada bir tarixi abidə kimi postament üzərində ucaltmışıq.
- Əvvəla, - deyirəm, - "şəhərə girən" yox, girə bilməyən. Çünki biz onu vurub partlatmışdıq. İkincisi də yanlış yerə qoymusunuz, lüləsini də düz tuşlamamısınız, - gülümsəyirəm.
- Bəs hara qoymalıydıq? - ironiya ilə soruşur. - Hara yönəltməli idik? Stepanakertəmi?
- Yox, - deyirəm, - Xankəndinə niyə? Xankəndi də bizim şəhərdir. Azərbaycan ərazisində, Azərbaycanın pulu ilə tikilib. Gorusa tərəf yönəltmək lazımdır, - yenə də gülümsəyirəm, - hərçənd Gorus da vaxtilə bizim olub.
Erməni acıqlanır:
- Sən elə danışırsan ki, - deyir, - sanki sizin qoşunlarınız Gorusun altında dayanıb və bizə ultimatum verirsiniz.
- Heç darıxmayın, tam arxayın olun, - tam arxayınlıqla deyirəm. - O gün gələcək və biz Gorusun düz başının üstündə durub şərtlərimizi elan edəcəyik. Bu zibili də atacağıq zibilliyə...
Erməni jurnalistlərin bir-birinə necə baxdıqları hələ də yadımdadır.
Bizimkilər də mənimlə həmrəylik ifadə edərək gülməyə başladılar.
O gün(lər) gəldi!
Şanlı Azərbaycan Ordusu Qara gölü də azad edib indiki Ermənistan Respublikası ilə şərti sərhədə çıxdı...)
Mən də bu ilin avqust ayında Laçına səfərim zamanı məhz Gorusa yuxarıdan aşağı baxdım...)
Dünən isə qəhrəman Azərbaycan oğulları Şuşaya girə bilməmiş həmin tankı zəbt etdiyi Şuşa torpağından götürdülər!!!
Eşq olsun Azərbaycan əsgəri Əsgərli Əsgər Əsgər oğluna!!!
İndi o zibili hara atarlar, igidlər özləri bilərlər.
Əsas odur ki, ermənilərə verdiyimiz sözə əməl etdik!!!
P.S. Bakı - Tiflis - İrəvan - Xocalı - Xankəndi - Şuşa marşrutu (və geriyə) üzrə həmin səkkiz günlük səfərin bu danışdığım hadisə də daxil olmaqla bütün təfərrüatını o zaman yazıb mətbuatda dərc etdirmişdim.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.