Rəhman Orxan:
Professor Əbülfəz Babayev - 75
Sentyabrın 20-də dünya elm aləmində yaxşı tanınan görkəmli sumqayıtlı alim, texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Əbülfəz Babayevin 75 illik yubileyidir! (Təvəllüdü, məlum olduğu kimi 1947 yox, 1948-dir. Atası İsmayıl dayı ilə görüşəndə mənə demişdi ki, məktəbə bir il tez getməsi üçün onun yaş kağızında 1947 yazdırmışdı).
Əbülfəz Babayevin tətbiqi kimya elminə töhfələri böyükdür. Yalnız bir faktı demək kifayətdir. Vaxtilə Moskva, Leninqrad və Kiyevin elmi-tədqiqat institutlarının sənaye üsulu ilə alınmasına nail ola bilmədikləri çox qiymətli kimyəvi məhsulu - nitril lateksini Sumqayıt Sintetik kauçuk zavodunda məhz Əbülfəz müəllim almışdı. Məhz Sumqayıtdan Ukraynaya daşınan həmin "Babayev lateksi"nin sayəsində Çernobıl radiasiyasının təsirinin azaldılmasına nail olunmuşdu.
Əbülfəz Babayevin elmi istedadını vaxtilə SSRİ-nin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, Lenin mükafatı laureatı, general-leytenant Kərim Kərimov və SSRİ Neft-Kimya Sənayesi nazirinin 1-ci müavini, kimya elmləri doktoru V.Sazıkin də yüksək dəyərləndirmişdi.
Təbrik edirik, hörmətli professor!
****
Ə.Babayevin Çernobıl radiasiyasının təsirinin azaldılmasında xüsusi rolu
Bir vaxt «Soyuzkauçuk» Baş İdarəsinin rəisi, sonralar SSRİ Neft-Kimya Sənayesi nazirinin müavini olmuş texnika elmləri doktoru V.Sazıkin 1998-ci ildə Sumqayıtın «Sintezkauçuk» zavodunda olarkən təəccübünü gizlətməyərək, demişdi: «Babayev nitril lateksinin fasiləsiz metodla alınmasına, elmi-tədqiqat institutlarının öhdəsindən gələ bilmədiyi bir işə necə nail olubsa, bu gün də mənim üçün sirr olaraq qalır».
O, bunu təsadüfi olaraq yada salmamışdı. Belə ki, o vaxtlar Əbülfəz Babayevin bütün keyfiyyət parametrlərinə görə xloropren lateksindən üstün olan nitril latekslərinin fasiləsiz üsulla alınması sovet kimya elmində və sənayesində böyük bir elmi uğur kimi qiymətləndirilmişdi...
Bu, həm də Sovetlərin çox ağır bir dövrünə - Çernobıl qəzası dövrünə təsadüf etdiyindən, Ə.Babayevin elmi nailiyyəti təcili olaraq və həm də çox ciddi sınaqdan keçməli olmuşdu. Belə ki, radiasiyanın 35 kilometrlik radiusdakı ərazidən şüalanmış tozlar vasitəsilə kənara yayılmasının qarşısını almaq o vaxt təcili tapşırıq kimi Leninqradın elmi-tədqiqat institutlarından birinə tapşırılmışdı. Lakin orda bu məsələ ilə bağlı Sumqayıta, Əbülfəz Babayevə müraciət edilməsi məsləhət görülmüşdü.
Məsələnin həlli Sumqayıtda özünü çox gözlətmədi. Qısa bir müddətdə lateksin yeni texnologiya əsasında xüsusi modifikasiyasının istehsalına başlanıldı və həmin qiymətli kimyəvi məhsul dəmiryol çənləri ilə Çernobıla yola salındı.
"Babayev lateksi"nin texnologiyası əsasında alınan yeni modifikasiyanın üstünlüyü onda idi ki, onun tərkib hissəsi olan kauçuk emulsiyasını radiasiya ilə zəhərlənmiş əraziyə səpdikdə o, nazik, lakin çox etibarlı qoruyucu təbəqə yaradırdı ki, bu da radiaktiv tozların daha geniş dairədə yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verirdi.
Və bu birmənalı olan həqiqətdir ki, həmin modifikasiyanın alınma texnologiyasının işlənib-hazırlanmasında nə Rusiya, nə də Azərbaycan tərəfdən ikinci və ya üçüncü bir şəxs iştirak etməmişdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.