GÜLƏŞ
----------
Mundialin son günü 3 güləşçimiz döşək üzərinə çıxacaq
Serbiyanın paytaxtı Belqradda idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi Olimpiya təsnifatli dunya cempionati bu gün başa çatacaq. Son gündə üç pəhləvanımız döşək üzərinə çıxacaq. Bunlardan ikisi - Murad Məmmədovla (63 kq) Həsrət Cəfərov (67 kq) finalda çempionluq uğrunda, İslam Abbasov (87 kq) isə təsəlliverici görüşlərə qatılaraq bürünc medal və lisenziya qazanmaq üçün mübarizə aparacaq. Məmmədov finalda Leri Abuladze (Gürcüstan), Cəfərovsa Luis Sanceslə (Kuba) qarşılaşacaq. Abbasov isə qirqixistanli Azat Salidinovla guləsəcək.
Xatırladaq ki, Azərbaycan bu günə qədər 5 (2-3-0) medal və 3 lisenziya qazanıb. Qızıl medalları Eldəniz Əzizli (55 kq ) və Rafiq Hüseynov (82 kq, hər ikisi yunan-Roma) əldə edib. Gümüşləri isə klassiklərdən Sənan Süleymanov (77 kq) və sərbəst güləşçilər Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) qazanıb. Yeri gəlmişkən, Süleymanov, Cəfərov və Maqomedov həm də Paris Olimpiadasina lisenziya əldə edib.
Xatırladaq ki, klassiklərin yarışinda 60, 67, 77, 87, 97 və 130 kq çəkidə ilk beş yeri tutan güləşçilər Paris Olimpiadasina lisenziya qazanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.