CÜDO
--------------
Böyük Dəbilqənin son günü tatamiyə çıxan 10 təmsilçimizdən yalnız Zəlim Kotsayev medal qazana bilib
Azərbaycan komanda hesabında Böyük Dəbilqədə birinci yeri tutub
Sentyabrın 22-də Milli Gimnastika Arenasında kşi və qadın cüdoçular arasında startı verilən və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Böyük Dəbilqə turnirinə bu gün yekun vurulub. Qeyd edək ki, turnirin son günündə 10 cüdoçumuz tatamiyə cıxıb ki, onlardan da yalnız Zəlim Kotsayev (100 kq) çıxışını 3-cü yerdə bitirməklə bürünc medal qazanıb. Xatırladaq ki, startda Matias Madseni (Danimarka), ardından Laurin Boxleri (Avstriya) və almaniyalı Qeorqi Udsilaurini məğlub edərək yarımfinala yüksələn Kotsayev bu mərhələdə rusiyalı Matvey Kalinovskiyə uduzub. Finaldan kənarda qalan cüdoçumuz bürünc medal uğrunda keçirdiyi görüşdə isə Zlatko Kumriçi (Xorvatiya) məğlub edə bilib. Bununla da Kotsayev yığmamızın aktivinə bir bürün əlavə etməklə medallarımızın sayını 5-ə çatdırıb (3-1-1). Bu gün tatamiyə çıxan cüdoçularımızdan daha ikisi - Murad Fətiyev (90 kq) və Camal Qamzatxanovsa (+100 kq) bürünc medal uğrunda keçirilən qarşılaşmada uduzaraq, çıxışını medalın bir addımlığında vaşa vurub.
Qeyd edək ki, turnirin ilk iki günündə Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq) və Zəlim Tskayev (81 kq) qızıl, yalnız finalda büdrəyən Leyla Əliyeva (48 kq) isə bürünc medal qazanmışdı.
Beləliklə də Azərbaycan 5 (3-1-1) medalla Böyük Dəbilqəni birinci yerdə başa vurub. İkinci yeri Gürcüstan (1-2-0), üçüncü yerisə Yaponiya (1-1-2)tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.