“İki şair, bir görüş”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd Menecmenti fakültəsi ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində “İki şair, bir görüş” adlı tədbir təşkil etdi.
Tədbirin əvvəlində Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Görüşü giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq Knyaz Aslan və Azadə Novruzova haqqında məlumat verdi. O qeyd etdi ki, Knyaz İlyas oğlu Aslan, şair, publisist, AYB-nin və AJB-nin üzvü, Aşıqlar Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd Menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Qаrаbаğ mühаribəsi vеtеrаnı, Prezident təqaüdçüsüdür.
Daha sonra o, Azadə Novruzova haqqında danışaraq vurğuladı ki, Azadə Novruzova, şair-publisist, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, Azərbaycan Yazıçılar Birliyinin (AJB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Türkiye İlim ve Edebiyat Eseri Sahibləri Meslek Birliyi (İLESAM), Avrasya Sanat Kültür Edebiyat və Bilim Federasyonu (ASKEF), Türkmən Ədəbiyyatı Yazarlar Birliyinin üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Mükafatçısı, Fəxri ziyalısı, Beynəlxalq “ЛИФФТ” (Avrasiya Ədəbiyyat Hərəkatının) Festivallar Festivalının diplomçusu, Prezident təqaüdçüsüdür.
Çıxış edənlər BDU-nun Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Saleh Nağıyev Knyaz Aslanın həyat fəaliyyətini üç istiqamətə bölərək (uşaqlıq, tələbəlik və universitet fəaliyyəti) tədbir iştirakçılarına geniş məlumat verdi. O qeyd etdi ki, Knyaz Aslan orta məktəbi qızıl medalla bitirmiş və artıq 6-cı sinifdən şeir yazmağa başlamışdı. O, Knyaz Aslanın istedadından danışaraq qeyd etdi ki, K.Aslan fikirlərini insanlara çatdıra bilir, onun şeirləri oxunur və sevilir.
Filologiya elmləri doktoru, professor Asif Rüstəmli vurğuladı ki, “İki şair, bir görüş” sərlövhəsi ona Ulu Öndər Heydər Əliyevin bu sözlərini xatırladır: “İki millət, bir dövlət”. O, Knyaz müəllimi uzun illər mətbuatda çıxan yazıları ilə tanıdığını qeyd etdi, onun çiddi tədqiqatçı, jurnalist və alim olduğunu vurğuladı. Hər iki şairin kitabşunas olduğunu, kitabı sevdirməyi bacaran insanlar kimi diqqətə çatdırdı. Professor qeyd etdi ki, kitab cəhalətdən mədəniyyətə aparan bir yoldur. Hər iki şairin biblioqrafiya üzrə peşəkar mütəxəssis olduqlarını da qeyd etdi. Knyaz Aslanın və Azadə Novruzovanın kitabı gənclərə sevdirmək sahəsində müstəsna xidmətlərini də qeyd etdi. BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov qeyd etdi ki, belə tədbirlərin keçirilməsinə böyük ehtiyac var. Bu gün hər iki şair insanları, tələbələri bir araya toplayıb biri-biri ilə görüşdürür. Çağdaş poeziyada qoyduğu izlərinin bəhrəsini görürlər. Knyaz tələbə olan zaman Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin buraxdığı “Lenin tərbiyəsi uğrunda”qəzetinin poeziya bölümünə rəhbərlik edirdi. O qəzetdə Knyaz Aslanın şeirləri də dərc olunurdu. Knyaz Aslanın poeziyasında milli dəyərlərə çox böyük önəm verilir. Onun tələbəsi Azadə xanımın poeziyası daha çox sevgi, məhəbbətlə bağlıdır. Hər iki şair çağdaş poeziyamızın layiqli nümayəndəsidir.
BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov Azərbaycan sevdalısı olan iki şair haqqında söz demək çox qürurverici olduğunu qeyd etdi. Knyaz müəllim mənim tələbəm olub, onların qrupunun kuratoru mən olmuşam. O, tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, “Azərbaycan Kitabxana Ensiklopediyası”nın tərtibatında birgə xidmətlərimiz olub. Knyaz Aslan bu ensiklopediyanın redaktoru olub. Bu kitab abidə kimi yadda qalacaq xəzinədir. Azadə Novruzovanı Milli Kitabxanadan tanıdığını qeyd edərək, vurğuladı ki, onun sevgi ilə bağlı poeziyası ülvi, təmiz hissləri tərənnüm edir.
BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov görüş iştirakçılarının nəzərinə çatdırdı ki, respublika əhəmiyyətli tədbirlərdə iştirak edərək, Khyaz Aslan Ulu Öndərlə dialoqa girib və onunla maraqlı söhbətlər aparıb. Həzrədi Cəmaləddin demişdi: “Mən bir elmimlə yüzlərcə alimə qalib gəldim”. Knyaz Aslan ciddi tədqiqatçıdır o, iki cilddən ibarət kitab yazmışdır. Təhsilin, tədrisin təşkili və idarə olunmasında əvəzsiz xidmətləri var, tələbələr onu çox sevir. Azadə Novruzova isə bizim çox çalışqan, sakit, mədəni tələbəmiz olub, onun yaradıçılığı çox maraqlıdır. O, şeirlərində ülvi, bəşəri duyğuları ifadə edir.
BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nailə Mehrəliyeva Knyaz Aslanın pedaqoji fəaliyyətindən danışdı, onun peşəkar tərcümələrindən söhbət açdı və qeyd etdi ki, o S.Yeseninin, A.Blokun və b. şairlərin şeirlərini Azərbaycan dilinə gözəl tərcümə etmişdir. N.Mehrəliyeva Knyaz Aslanın vətənpərvərlik ruhunda yazdığı şeirlərdən məlumat verdi.
Tarix üzrə fəlsəfə doktoru, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyin sədri İradə Əlili çıxışında qeyd etdi ki, biz iki gözəl şairin işığına toplanmışıq. A.Novruzova mənim Qarabağ, şəhidlər haqqında yazdığım kitabların redaktoru olub. Hər iki şairin qəlbi çox zəngindir.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva çıxışında qeyd etdi ki, onun bu tədbirdə üç müəllimi iştirak edir. Knyaz Aslan 2007-ci ildə mənə öz avtoqrafı ilə “Bilməm günəşmisiz, bilməm aymısız” kitabını hədiyyə etdi. O, hər zaman bizimlə səmimi söhbətlər edirdi, gözəl tövsiyələr edirdi.
Şair-publisist Azadə Novruzova tədbirdə iştirak edən müəllimlərini, tələbə yoldaşlarını, bütün qonaqları salamladı. Dünyasını dəyişən müəllimlərini rəhmətlə xatırladı. Fakültənin dekanı Əlamdar müəllimə təşəkkürünü bildirdi. Tədbirdə iştirak edən atasına təşəkkür etdi. Qeyd etdi ki, ədəbiyyatı sevməyimdə anasının çox rolu var. Yaradıcılığına dəstək verən Cahangir Məmmədliyə təşəkkür etdi. O qeyd etdi ki, 22 sentyabr tarixində biz ərazi bütövlüyümüzü bərpa etmişik, Qələbə qazanmışıq, Qarabağımızı azad etmişik. Şuşa bizim məbədimiz, and yerimizdir. Çıxışının sonunda A.Novruzova müəllifi olduğu “Zəfərin mübarək, Vətən” şeirini səsləndirdi.
Şair, publisist Knyaz Aslan “Yarı sına” şeiri ilə çıxışına başladı. Daha sonra o qeyd etdi ki, yaradıcı insanların belə görüşlərə ehtiyacı var. O, “Bu fürsəti bizə yaratdığınıza görə Yasamal rayon MKS-nə minnətdarlığını bildirdi. O, Xəqaninin “hər şair bir tərbiyyəçi olmalıdır” sözlərini xatırladı. Hər şairin yazdığında bir tərbiyə, bir gözəl fikirlər var. O vurğuladı ki, “mən bu gün qürurluyam. Vüqarlı, qalib ordunun əsgəriyəm. Ali Baş Komandanımıza, Vətənimə, torpağıma baş əyirəm”. Çıxışının sonunda Knyaz Aslan İkinci Qarabağ müharibəsində Zəfərimizə həsr olunmuş “Cəbhədən əsgər gəlir” poemasını səsləndirdi.
Tədbir iştirakçıları və qonaqlar şair, publisist Knyaz Aslan və şair-publisist Azadə Novruzovanın yaradıcılığı ilə yaxından tanış oldular.
Görüşdə Knyaz Aslanın yazdığı şeirləri BDU-nun tələbələri Şəms Yaqubova “Qələbə çal, Qələbə”, Günay Həsənova “Vətən torpağıyam, Vətən daşıyam”, Fatimə Əhmədova “Şəhidlər”, Umcahan Əliyeva “Dəmir yumruq”, Zeynəb Əzimzadə “Yaşayır” səsləndirdilər.
Azadə Novruzovanın “Darıxmağım azalmır”, “Üzür məni”, “Ay ötür, il olur” şeirlərini Adilə Mehdiyeva və Arslan Mərdanov, Yasamal rayon MKS-nin əməkdaşları Arzu Xudayarova “Nə ola qayıda bircə geriyə”, İradə Hüseynova isə “Təkəm otağımda” şeirlərini səsləndirdilər.
Knyaz Aslan müəllifi olduğu “Oxu mədəniyyəti keçmişdən bu günə”, Azadə Novruzova isə “Sən mənim ağ kitabım” kitablarını Yasamal rayon MKS-nə hədiyyə etdilər.
Tədbirdə BDU-nun İnformasiya və Sənəd Menecmenti fakültəsinin 1998-ci il məzunları da iştirak etdilər.
Tədbirin sonunda tədbir iştirakçıları və qonaqlar Ulu Öndər Heydər Əliyevin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.