BDU-da ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Effektiv Təşəbbüslər Mərkəzi” Demokratik Dəyərlərin Öyrənilməsi və Təbliği İctimai Birliyi tərəfindən ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” adlı layihənin əsas məqsədi Başlıbel qətliamı ilə bağlı həqiqətlərin öyrənilməsinə, Azərbaycanın haqq səsinin geniş auditoriyalarda təbliğinə təkan vermək, gənclərin vətənpərvər ruhda tərbiyəsinə ictimai dəstəyi artırmaqdır.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov əsrlərlə davam edən erməni vandalizmi barədə məlumat verib, xalqımıza qarşı tərədilmiş soyqırımların dərindən araşdırılmasının və gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, 1905-1906-cı illərdə 12 mindən, 1918-1920-ci illərdə 50 mindən artıq dinc azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. Ermənilərin soyqırım siyasəti ötən əsrin sonlarında da öz dəhşəti ilə davam edib, Xocalı, Başlıbel, Ağdaban, Ballıqaya kimi qətliamlar törədilib.
Layihənin rəhbəri, araşdırmaçı-jurnalist, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov qeyd edib ki, Ermənistan silahlı qüvvələri I Qarabağ müharibəsi dövründə daha çox mülki əhalini hədəf seçərək çoxlu sayda kütləvi qətliamlar törədib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı 14 dinc sakinin girov götürülməsi, 18 nəfərin qətlə yetirilməsi ilə nəticələnən Başlıbel faciəsi də bu qəbildəndir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb, Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda Prezident Administrasiyasının dəstəyi ilə Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.
Başlıbel soyqırımının şahidləri Arif Süleymanov, İsmət Əzizov, Səlim Mehdiyev çıxışlarında tələbələri erməni vandalizminə dair faktlarla tanış ediblər.
Tədbirin sonunda Başlıbel soyqırımına həsr olunmuş videoçarx izlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.