Masallıda ictimai iştirakçılıq sahəsində seminar keçirilib
28 sentyabr 2023-cü il tarixdə Masallı şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi (GİİB) tərəfindən “Gənclər arasında ictimai iştirakçılığın təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin ilk seminarı keçirilib.
Üç ay (1 avqust - 30 oktyabr 2023-cü il) davam edən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tərəqqi” GİİB tərəfindən gerçəkləşir. Layihənin məqsədi regionda mərkəzi icra hakimiyyəti orqanlarının filial və idarələrində, yerli idarəetmə orqanlarında gənclərin ictimai iştirakçılığa cəlb olunmasına töhfə verməkdən ibarətdir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin tərəfdaşlığı ilə təşkil olunan seminarda 20 gənc iştirak edib.
“Tərəqqi” GİİB-nin sədri, layihə rəhbəri Raci Səfərov bildirib ki, son dövrlər dünyada gedən qloballaşma şəraitində Azərbaycan Respublikasında aparılan islahatlar gənclərimizin ictimai iştirakçılıq sahəsində fəaliyyətinin gücləndirilməsini zəruriləşdirib: “Bunlardan dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu ictimai iştirakçılıq haqqında qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması aid olunmalıdır. Həmçinin nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumların yaradılmasında, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanmasında, hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsində cəmiyyətin, o cümlədən onun fəal kəsimini təşkil edən gənclərin iştirakını zəruri etmişdir...”
Müstəqil ekspert Afiq Məlikov tərəfindən idarə edilən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.