Asif Rüstəmli:
AZƏRBAYCAN CÜMHURİYYƏTİNDƏ BAYRAMLAR VƏ QEYRİ-İŞ GÜNLƏRİ
Azərbaycan Cümhuriyyəti dönəmində bayramlar və qeyri-iş günləri Cümhuriyyətin Heyəti-Vükəlası (Nazirlər Kabineti) tərəfindən rəsmi olaraq müəyyən edilir və həyata keçirilirdi. İlin bütün Cümə günləri qeyri-iş günü kimi təsdiqlənmişdi. Miladi təqvimi ilə yanvar ayının 1-i bu dönəmdə yeni il bayramı olaraq qeyd edilmirdi.
Minilliklərdən süzülüb, cilalanıb, ənənələrimizlə zənginləşərək günümüzə qədər gəlib çatan milli Novruz bayramımız hər il mart ayının 20-22-də təntənəli ümumxalq bayramı kimi keçirilirdi. 1919-cu il Novruz bayramı günlərində Milli Ordumuzun igid, cəsur əsgər və zabitləri mükafatlandırılmış, intizam qaydalarını pozduğuna görə məhkum olunmuş əsgərlərə isə ilk dəfə aministiya tətbiq edilmişdir.
Aprel ayının 16-da “Besəti-Nəbi” – Nəbinin (Həzrəti Məhəmmədin Peyğəmbərlik məqamına çatdığı gün – A.R.) təntənəsi bayramı keçirilirdi.
Azərbaycan Milli Şurasının 1918-ci ildə müstəqillik bəyannaməsini elan etdiyi gün - 28 may İstiqlal Bayramı idi.
İyun ayının 8-i tarixi Həzrət Əlinin vəfatı günü, 17 və 18-i isə “Eydül-Fitr” Fitrə (Orucluq- A.R.) Bayramı kimi qeyd olunurdu.
Ən böyük dini bayramlardan biri Eydül-Əzha “Qurban bayramı) idi. Bu bayramda insanlar 5 gün – 24-28 avqust günlərini istirahət edirdilər (Dəyərli məsləhətlərinə görə Axund Hacı Soltan Əlizadəyə dərin təşəkkürlərimi bildirirəm – A.R.).
Cümhuriyyət Hökuməti Bakı şəhərinin 1918-ci ildə erməni-daşnak və bolşevik hərbi qüvvələrindən azad etdiyi 15 sentyabr gününü – Qurtuluş Bayramı elan olunmuş, 23-24 sentyabr isə Aşura günü kimi qeyd edilmişdir.
Cümhuriyyət dönəmində noyabr ayına Nəbi (Peyğəmbər-A.R.) ayı da demək olar. Noyabr ayının 11-i “Vəfati-Nəbi” və 24-ü isə “Mövludi-Nəbi” – yəni Məhəmməd Peyğəmbərin vəfatı və doğum günləri izdihamla qeyd edilirdi.
Cümhuriyyət dönəmində bayram və qeyri-iş günləri sırasına 1920-ci ilin yanvar ayında Azərbaycan xalqı üçün əlamətdar bir gün də əlavə edildi. Məlum olduğu kimi 11 yanvar 1920-ci ildə Müttəfiq Dövlətlət Birliyinin Parisdə keçirilən Versal Sülh Konfransında Azərbaycan Cümhuriyyəti De-Fakto tanındı. Hətta “Azərbaycan” qəzetinin “Müstəqil Azərbaycan” adı ilə bir bayram nömrəsi də nəşr olunmuşdur.
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Varislik ənənələri yaşadılmalı və davam etdirilməlidir. Son 35 illik qanlı münaqişələrə, separatizm acılarına, soyqırımlara, siyasi təhdidlərə, BMT, ATƏT, Aİ “şoularına” - azad olunmuş ərazilərimizdə ucalan “Qarabağ Azərbaycandır” sədası və yüksədilən “Üç Rəngli Bayraq” nidası ilə bu ilin 20 Sentyabr tarixində son qoyuldu.
Şanlı zəfərimizin müəllifi və memari olan Müzəffər Ali Baş Komandana ürəyimdən keçən bir təklifim var: 20 Sentyabr – Qarabağ günü elan edilsin!
Bakı, 24.09.2023
Şəkildə: "Müstəqil Azərbaycan" qəzeti. 14.01.1920
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.