Asəf Quliyev:
DSX rəqəmləri niyə açıqlamır???
Artıq bir neçə gündür ki, Qarabağdan köçən ermənilər mövzusu təkcə Azərbaycan və Ermənistan mediasının əsas mövzusu deyil Bu mövzu artıq beynəlxalq mediada da diqqət ayrılan mövzudur. BBC, CNN kimi media nəhəngləri mövzunu diqqətdə saxlayır.
Bununla bağlı bir neçə gündür ki, Azərbaycanı narahat edən bir nüans da ortaya çıxıb. Qarabağı tərk edənlərin sayının şişirdilməsi.
Azərbaycan mediası və sosial şəbəkələrin Azərbaycan seqmentində bu barədə danışılır. Amma ortada olan Ermənistandan dövriyyəyə buraxılan rəqəmlərdir.
Biz isə özümüz deyib, özümüz eşidirik.
Beynəlxalq mərkəzlərdə də ermənilərin rəqəmləri dövriyyədədir.
Əvvəlcə bu rəqəmin necə şişirdilməsi barədə:
Əvvəl rəqəmləri Gorusdakı qəbul məntəqəsi yayırdı. Bu rəqəmlər real olurdu. Sonra isə rəqəmlər İrəvandakı mərkəzdən yayılmağa başladı. İrəvandakı mərkəzdə təkcə bu gün yox, bundan əvvəl çıxanlar da oraya əlavə olnurdu. Beləliklə rəqəm şişdi.
Sözsüz ki, ermənilər bu rəqəmləri 120 minə çatdıracaqlar. Buraya Hadrut, Tuğ, Daşaltıdan olan erməniləri də əlavə edəcəklər. Bununla da beynəlxalq birlik tərəfindən rəsmi qaçqın statusu almağa nail olmağa çalışacaqlar.
Sözsüz ki, ermənilər yaranmış durumda Azərbaycana informasiya həmləsi edirlər və edəcəklər. Təbii ki, bu həmlənin qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. Amma hələlik Azərbaycan informasiya vasitələri daxili auditoriyaya məlumatlar verməkdədir. Sosial mediadakı Azərbaycan təəssübkeşlərinin cavabları ciddi effekt yaratmər. Dünya mediası ermənilərin dediyini daha çox tirajlayır. Azərbaycan tərəfinin isə arqumentləri ancaq daxili auditoriyada müəyyən effekt yaradır.
Bəs belə durumda nə etmək lazımdır?
İndi ən yaxşı arqument Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən Laçın buraxılış məntəqəsindən keçənlərin sayı və həm də tək sayı yox, ümumiyyətlə onlar barədə anketlərin gündəlik təqdim edilməsi olar. Ermənistana gedənlərin sayı ilə yanaşı vətəndaşlığı, cinsi, yaş qrupu və sairə bu anketlərdə göstərilməlidir.
Bütün bunlar müəyyən analizlər üçün xammal ola bilər.
Amma DSX hələ ki, susur. Bəlkə də bir bildiyi var....
P.S. İnformasiya müharibəsi real müharibədən təbii ki, fərqlidir. Amma çox oxşar cəhətləri var. Məsələn ilk zərbəni vuran müəyyən üstünlük qazanmış olur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.