Elçin Mirzəbəyli:
Ermənilər o qədər unikal toplumdular ki...
“Unikal” toplumdur bu ermənilər. O qədər rahatlıqla yalan danışırlar ki, hətta uydurma və böhtanlarının kiçik bir mətndə belə bir-biri ilə ziddiyyət təşkil etdiyinin fərqinə varmırlar.
Sünik vilayətinin qubernatoru Robert Qukasyanın Ermənistanın “Hetq” saytına müsahibəsini oxuyanda, ermənilərlə bağlı bütün məsələlərdə təəccüblənməyi yadırğasam da, etiraf edim ki, təəccübləndim. Qukasyan deyir ki, bu günə qədər Həkəri körpüsündən 100 min, ola bilsin 101 min nəfər keçib və sonra isə dərhal də iq rəqəm deyə bilməyəcəyini bildirir. Yaxşısı budur, onun müsahibəsindən iqtibasları olduğu kimi təqdim edim, o zaman hər şey aydın olacaq. Beləliklə Sünikin meri deyir: “Bilirik ki, Həkəri körpüsünü 100 min, ola bilsin 101 min, dəqiq rəqəm deyə bilmərəm... 46 avtobusun əhəmiyyətli hissəsi gecə saatlarında Görüsa daxil olub, kiçik bir hissəsi isə “Vayk”a (Paşalı) gedib”.
Burada bir azacıq erməni yalanına fasilə verək. Bəlli olduğu kimi, Azərbaycan ərazisindən könüllü şəkildə köçən ermənilərin əksəriyyətinin şəxsi nəqliyyat vasitəsi olmadığı üçün onlar Laçın sərhəd-buraxılış məntəqəsini avtobuslarda keçiblər. Avtobusların kiçik tutumlu olmaları videogörüntülərdən də görünür. Ermənilərin qarışqadan fil düzəltmək mərəzini nəzərə alıb, avtobuslardan hər birinə 50 nəfərin sığışdığını deyək. Bu o deməkdir ki, 46 avtobusda cəmi 2300 nəfər olub. Təfərrüatına varmadan, keçək Qukasyanın müsahibəsinin digər hissəsinə... Görək Sünikin meri daha nə sayıqlayır:
“Hər gün bura 20 min adam gəlir. Gorusa yerləşənlərin sayı yerli sakinlərin sayından 3 dəfə çoxdur (Ermənistanın rəsmi statistikasına görə, Gorusun yerli əhalisinin sayı 22 min nəfərə yaxındır. Qukasyanın iddialarını nəzərə alsaq, bu o deməkdir ki, hazırda Azərbaycandan Ermənistana gələn ermənilərin 66 min nəfəri Gorusda yerləşir – E.M.)”.
İndisə Robert Qukasyanın müxbirin “hazırda Sünik vilayətində Qarabağdan köçən nə qədər insan yaşayır” sualına verdiyi cavaba diqqət yetirək: “Düşünürəm ki, hazırda bu məlumat heç kimdə yoxdur. Qubernatorluğun, icmaların əməkdaşları burda olub. Çalışmışıq ki, regionda bütün problemləri həll edək. Hesab edirəm, regionda onların (Azərbaycanın Qarabağ iqtisadi rayonundan gələnlərin –E.M.) sayı 7-8 min nəfər olar”.
Zənnimcə bu qədər kifayətdir. Deməli Qukasyan müxbirin bir əvvəlki sualına cavabında Gorusda məskunlaşanların sayının yerli əhalidən 3 dəfə çox, yəni 66 min nəfər olduğunu bildirir, daha sonra deyir ki, “onların sayı Sünik bölgəsində 7-8 min nəfər olar”. Qeyd edim ki, Gorus Sünik vilayətinin şəhərlərindən biridir. Belə... Bu da bir neçə cümlədə bir-birini təkzib edən yalanların unikal nümunəsi...
Bir məqama da diqqət çəkmək istəyirəm: Rəsmi İrəvan Qarabağdan gələnlərlə bağlı özünün şişirdilmiş rəqəmlərini açıqlayanda, vaxtilə Azərbaycan ərazində olan Ermənistan Ordusunun sayı 10 min nəfərdən çox olan heyətini, eləcə də qanunsuz hərbi birləşmələrin digər üzvlərini də saya salır. Halbuki bütün erməni silahlıları 10 noyabr 2020-ci il bəyanatının tələbinə və Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə görə, Azərbaycan ərazilərini 3 il öncə tərk etməliydilər. Digər tərəfdən, lokal antiterror tədbirlərindən sonra Azərbaycan ərazilərini tərk edənlərin arasında çoxsaylı Ermənistan vətəndaşları – Azərbaycanda doğulmayan və doğulanların varisi olmayan şəxslər, Livandan, Suriyadan və digər ölkələrdən köçürülərək torpaqlarımızda qanunsuz olaraq məskunlaşdırılan minlərlə erməni var. Ermənistanın açıqladığı rəqəmlərin iki dəfədən çox şişirdildiyini nəzərə alsaq, Qarabağdan köçən yerli ermənilərin sayı, 20 min nəfərdən çox deyil və bəlkə daha azdır.
Elçin Mirzəbəyli
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.