BDU-da “Heydər Əliyevin əsərləri Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi" mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında "Heydər Əliyevin əsərləri Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi" mövzusunda elmi seminar keçirilib.
Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində oynadığı önəmli roldan, elmi seminarın mövzusunun aktuallığından bəhs edib. Bildirib ki, Ümummilli Liderin həyatı və fəaliyyəti Azərbaycan tarixinin xüsusi bir mərhələsini təşkil edir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu, memarı olub. Azərbaycan Respublikasında hüquqi dovlət quruculuğu, azərbaycançılıq ideologiyasının formalaşdırılması Ulu Öndərin adı ilə bağlıdır. “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin irsinin daha dərindən araşdırılması üçün Tarix fakültəsində də beynəlxalq və respublika səviyyəli konfranslar, elmi seminarlar, ustad dərsləri təşkil olunur.
Daha sonra Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Anar İsgəndərov mövzu ilə bağlı geniş çıxış edib.
O diqqətə çatdırıb ki, Ulu öndər tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görüb. Ümummilli Lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
Çıxışda qeyd olunub ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
O, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.