Rusiya efirində Qarabağla bağlı gözlənilməz çıxış +VİDEO
Efirində Azərbaycana qarşı təxribatların yer aldığı Rusiya telekanalı maraqlı süjet hazırlayıb.
Həftəlik xəbərləri təqdim edən “Rusiya 1”in aparıcısı Dmitri Kiselev veriliş başlayan kimi, bu sözləri deyib:
“Azərbaycan ərazisində olan tanınmamış Dağlıq Qarabağ Respublikası bitdi. Həftənin cümə axşamından (28 sentyabr) o, yox olub”.
Aparıcı çıxışı zamanı həmçinin vurğulayıb ki, “artsax” və ya “dqr” dünyada heç bir dövlət tərəfindən, hətta Ermənistan tərəfindən tanınmayıb.
Kisilev danışarkən onun simasındakı və leksikonundakı ironiya diqqət çəkib.
“İndi Dağlıq Qarabağ Respublikası da özü özünü tanımaqdan imtina edib”, - o deyib.
Verilişdə daha sonra qondarma rejimin rəhbəri olmuş Samvel Şahramanyanın özünü buraxması ilə bağlı bəyanatı təqdim olunub.
Bununla yanaşı, efirdə Azərbaycan tərəfinin qısa zamanda antiterror əməliyyatı həyata keçirdiyi və istəyinə nail olduğu qeyd edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.