Cüdo
---------------------
Cüdoçumuz Vüsal Qələndərzadə dünya çempionu olub
Portuqaliyanın Odivelase şəhərində gənc cudocular arasında keçirilən dünya çempionatı davam edir. Çempionatin ikinci günü daha üç cüdoçumuz tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparıb. Onlardan 73 kq çəkidə çıxış edən Vüsal Qələndərzadə daha uqurla çıxış edərək dünya çempionu adını qazanıb. Çempionumuz zirvəyə gedən yolda müvafiq ardıcıllıqla İtaliya, Gürcüstan və Fransa təmsilçisini üstələyərək, 1/2 finala yüksəlib. Burada isə o, Qazaxıstan təmsilçisi Adileta Almatani məqlibiyyətə uqradaraq, adını finala yazdırıb. Vüsal Qələndərzadə həlledici finalda amerikalı Ceyka Yonezkunla qarşılaşıb və onu da məqlub edərək dünya çempionu olub.
Qeyd edək ki, onunla eyni çəkidə güləşən Süleyman Əliyevsə startda hindistanlı rəqibini udsa da, növbəti mərhələdə gürcüstanlı Qiorqi Teraşviliyə uduzaraq mübarizəni erkən dayandırıb.
Günün qəhrəmanı olmaq istəyən diğər təmsilçimiz - Fidan Əlizadə (57 kq) isə elə stardaca yaponiyalı Riko Xondeyə məqlub olub.
Xatırladaq ki, çempionatın ilk günü cudocularimizdan Nazim İmranov (60 kq) yalnız finalda budrəməklə dünya ikincisi olub.
Beləliklə, Azərbaycan yiqmasi iki gündən sonra aktivinə iki (1-1-0) medal yazdırıb.
Qeyd edək ki, çempionatın ilk dörd günü fərdi yarışlar, sonuncu gündə isə qarışıq komanda yarışı keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.