“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı davam edir
“Nine Senses Fest”in ikinci günündə festivalın headlayneri məşhur yoqa ustadı, musiqiçi, bəstəkar İmran Kriya, bəstəkar Renata Nurullayeva, Çin təbabəti üzrə mütəxəssis, Wu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifi Anna Vladimirova, həmçinin CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri Nandan Qautam mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
Mütəxəssislər jurnalistlərə öz sahələrinə uyğun olaraq yoqa, art terapiya, terapevtik qrup məşqləri, qrup sağlamlıq və həyat kouçluğu təlimləri haqqında məlumat veriblər, Azərbaycanda bu cür təlimlərə marağın artmasından məmnun olduqlarını bildiriblər.
Festivalda əl işlərindən ibarət tematik yarmarka da təşkil olunub. Yerli brendlər tematik yarmarkada öz məhsullarını festival iştirakçılarına təqdim ediblər.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub.
Bildirək ki, ANSA təhsil platforması ilə birgə keçirilən festival oktyabrın 8-dək davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.