Elçin Mirzəbəyli:
Mənim Əl-Əqsam Gövhər Ağa Məscidi, Qüdsüm Xocalıdır!
Mənim fələstinlilərlə ortaq heç nəyim yoxdur, ola da bilməz. Allaha və onun yaratdığı dünlərə, o cümlədən islama münasibətimiz də fərqlidir və əksər hallarda ziddiyyət təşkil edir. Qənaətimə görə, sağlam məntiq, təhlil etmək bacarığı və digər bu kimi keyfiyyətləri bir kənara qoysaq, hətta emosional təbliğat vasitələrinin təsiri altına düşməyən həmvətənlərim də mənim kimi düşünürlər. Mən dünyanın müxtəlif ölkələrində, əsasən öz tarixi vətənlərində yaşayan 50 milyon azərbaycanlının arasında “Allahu Əkbər” (Allah böyükdür) deyib günahsız insanları, uşaqları, qadınları vəhşicəsinə qətlə yetirən, iyrənc zorakılığa məruz qoyan... və hətta bütün bunları sadəcə ağlından keçirə bilən azərbaycanlı tanımıram. Varsa da, barmaqla sayıla və elə azərbaycanlıların qəzəbinə tuş gələ bilər. Bütün bunları, təkcə son hadisələrə görə yazmıram, 30 illik müşahidələrimi ifadə edirəm. Ən cahil azərbaycanlı belə Fələstin və onun liderlərindən daha mərhəmətli, daha şərəfli, daha ləyaqətlidir. Yasər Ərəfat görbagordan başlamış bütün Fələstin başbilənlərinin erməniləri müdafiə etdiklərini, Azərbaycan ərazilərinin işğalına haqq qazandırdıqlarını təkrarlamaq niyyətindən çox uzağam. Belə faktların sayı o qədər çoxdur ki, sadalamaqla bitməz. İndi təsəvvür edin, başıqapazlı olduqları durumda ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə, xalqımıza qarşı soyqırım cinayətləri törədilməsinə, məscidlərimizin, ziyarətgahlarımızın təhqir olunmasına haqq qazandıranlar, təcavüzkarın, uşaq qatillərinin yanında olanlar öz ayaqları üzərində durmağı bacarsaydılar nə edərdilər...
Mənim Əl-Əqsam Gövhər Ağa Məscidi, Qüdsüm Xocalıdır!
Qoy ədalət zəfər çalsın!
Tanrı Azərbaycanı qorusun!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.