Şəmsəddin Əliyev:
"Türk əsgəri istəsə ,İblisi də cəhənnəmdə əsir götürər!"
SON GÜNLƏRDƏ DTX-NİN HEYRƏT DOĞURAN ƏMƏLİYYAT TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ QONDARMA "DQR" müdafiə naziri Levon Mnasakanyan,qondarma respublikanın prezidenti Araik Arutunyan,"sabiq prezidentlər" Arkadiy Qukasyan və Bako Saakyan ,habelə separatçıların "parlament sədri" David İşxanyan tutulub Bakıya gətirilmişlər.
Onlar Sülh və İnsanlıq əleyhinə,Müharibə cinayətləri və İnsanların həyat və sağlamlıqları əleyhinə,Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə,Şəxsiyyətin cinsi azadlığı əleyhinə və s. Azərbaycan Respublikası CM-də ehtiva edilən xüsusilə ağır növ cinayətləri törətdiklərinə görə məsuliyyətə cəlb olunmuşlar və məhkəmə artıq barələrində 4 aylıq həbs qətimkan tədbirini seçmişdir.
Qeyd olunanlar Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunan və heç vaxt unudulmayan qəhrəmanlıq səlnaməsidir .Gələcək nəsillər də bundan hər zaman qürur duyacaq!Ucaldıq!
Amma narahatlıq doğuran hal ondan ibarətdir ki,televiziyalarda bəzi siyasi şərhçilərin və beynəlxalq hüquq mütəxəssislərinin həqiqətlə uzlaşmayan mülahizələri cəmiyyətdə çaşqınlıq yaradır.Çaşqınlıq ondadır ki, həmin hərbi xunta rejiminin əli günahsız həmvətənlərimizin qanına batdığı halda, -"cəlladlar ölüm hökmü ləğv olunduğuna görə ömürlük həbs oluna bilərlər",-fikirlərini tirajlayıb ictimailəşdirirlər.
Əvvəla Azərbaycanda ölüm hökmü ləğv olunmayıb ,moratorium qoyulub.Digər tərəfdən Azərbaycan xalqının iradəsini ifadə edən Konstitusiyamızın 27-ci maddəsinin ııı bəndində əxz edilir ki,Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə,insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla(CM ilə) tətbiq edilə bilər.
Bu ,ANA yasamızın 27-ci maddəsinin III müddəasıdır və yüksək hüquqi qüvvəyə malikdir.
Yəni Azərbaycan ANA yaşaya istinad edib bu cəlladlara qarşı ölüm hökmünü bərpa edə bilər.Məsələyə bu konteksdən yanaşmaq lazımdır.
Tarix bir də bizə belə fürsət qismət etməyəcək!
Özümüzü qardaş və bacılarımızın yerinə qoyaq:Hansı cəzanı verərdiniz?
O vəhşi xislətlilərin həmvətənlərimizə -qadınlara,uşaqlara və ahıllara,köməksiz vəziyyətdə olanlara divan tutduğu ötən dövrləri bir anlığa gözümüzün önünə gətirək!
Tutulanların vurduqları yaraların sağalan vaxtı olmayacaq!
Belə olsa XOCALINI,ZƏNGİLANI,KƏLBƏCƏRİ...GƏNCƏNİ UNUDARIQ və unudularıq.
Heç kim istintaqın gedişinə qondarma fərziyyələr əlavə etməyə cəhd etməsin!
Ermənilərin havadarları bu təkliflərin ucundan yapışıb,ucuzluğa gedərlər!"Baxın,Azərbaycan cəmiyyəti də tutulanlara Amnistiya vermək istəyir..."
Onlara cəzanın yüngülləşdirici halları şamil oluna bilməz!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.