Araz Məmmədov:
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində beynəlxalq konfrans keçirilib
MDB Dövlət Başçıları Şurasının 18 dekabr 2020 – ci il tarixli qərarı ilə 2023 – cü il Müstəqil Dövlətlər Birliyində rus dili millətlərarası ünsiyyət dili kimi elan olunub. Bu qərara uyğun olaraq, rus dilinin aidiyyatı ölkələrin sosial-iqtisadi, mənəvi-mədəni, elmi-texniki inkişafına müsbət təsirini öyrənmək məqsədilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 10 oktyabr 2023 - cü il tarixində “Rus dili MDB ölkələrinin mədəni inteqrasiyasında mühüm amil kimi” adlı beynəlxalq onlayn konfrans keçirildi.
Konfransı muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq iştirakçıları salamladı, ardınca mövzunun aktuallığından və əhəmiyyətindən söz açdı. O, rus dilinin indiki postsovet ölkələri arasında yalnız siyasi deyil, həm də ədəbi-mədəni əlaqələrin qurulmasında və inkişafında oynadığı vacib roldan danışdı.
Konfrans çərçivəsində MDB ölkələrinin tədqiqatçı alimlərindən Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq humanitar əlaqələr kafedrasının müdiri, professor Vladimir Fokin və tarix elmləri namizədi, Sankt-Peterburq Universitetinin beynəlxalq humanitar əlaqələr kafedrasının dosenti Elena Elts “MDB ölkələrində ali təhsil sahəsində inteqrasiya proseslərində rus dilinin rolu”, Cənubi Qazaxıstan Dövlət Pedaqoji Universitetinin rus dili və ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Natalya Dmitryuk “Müasir Qazaxıstanın çoxdilli məkanında rus dili”, Cənubi Qazaxıstan Dövlət Pedaqoji Universitetinin rus dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Nurcamal Sandıbayeva “Qazaxıstan Respublikasında rus dili problemi”, Özbəkistan Respublikasının Daşkənd şəhəri 233 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Viktor Fedorko “Müasir Özbəkistanın ictimai həyatında rus dili: amillər, funksiyalar, perspektivlər” adlı tezislərlə çıxış etdilər. Bununla yanaşı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının ədəbi-dram işləri üzrə direktor müavini, əməkdar mədəniyyət işçisi Valentina Reznikovanın “Rus dili, millətlərarası ünsiyyət dilidir”, Bakı şəhəri Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sisteminin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Lətifə Məmmədovanın “Kitabxana məkanında rus dilinin tətbiqinin genişləndirilməsi haqqında”, politoloq və publisist Reyhan Mirzəzadənin “Rus dili ili MDB məkanında millətlərarası ünsiyyət dili kimi” və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu Əli Abuzərovun “Azərbaycanda muzey turizmində rus dilinin rolu” mövzularında məruzələri də dinlənildi. Sonda məruzələr ətrafında maraqlı diskussiyalar aparıldı.
Zoom platforması üzərindən onlayn formatda təşkil olunan beynəlxalq konfransda alimlər, professorlar, pedaqoqlarla yanaşı, Azərbaycan Respublikasının və MDB ölkələrinin müxtəlif mədəniyyət müəssisələrinin rəhbərləri və muzey əməkdaşları da iştirak etdilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.