Botanika İnstitutunun əməkdaşları Dağlıq Şirvan bölgəsində ekspedisiyada olublar
AR ETN Botanika İnstitutunun Biomorfologiya və fitointroduksiya şöbəsinin əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Yusif Zeynalov, Eldar Əliyev, Gülnar Qasımova, Elmira Səfərova və elmi işçi Şəbnəm İsayeva İsmayıllı rayonunda ekspedisiyada olublar.
Ekspedisiyanın məqsədi payız mövsümündə meşə ekosistemlərində fitosenoloji tədqiqatların aparılması, Azərbaycan florasının “Qırmızı kitabı”na düşən bəzi nadir bitki növlərinin kultura şəraitində introduksiyasının öyrənilməsi, eyni zamanda Karrar Dayaq Məntəqəsində kolleksiyasının yaradılması üçün toxum və əkin materialının toplanması olub.
Model meydançalar seçilərək orada fenoloji müşahidələr, senozların növ tərkibi və strukturu öyrənilib. Vegetasiyasını bitirmiş, çiçəkləmə və meyvəvermə fazasında olan bitkilərin bolluğu, hündürlüyü, ot bitkilərinin sıxlığı və s. göstəricilər təyin edilib, fitosenoloji blanklara salınıb. Senozda rast gəlinən növlərin herbari nümunələri yığılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.