BDU və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Gələcəyə hazır ol!” mövzusunda infosessiya
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə “Gələcəyə hazır ol!” mövzusunda infosessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov sektorun fəaliyyətinin tələbələrin əmək bazarına uğurlu adaptasiyasının təmin edilməsi, onlara düzgün karyera quruculuğu üçün istiqamət verilməsi olduğunu qeyd edib.
DMA-nın Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı isə tələbələri uğurlu karyera qurmağın yolları, sərt və yumşaq bacarıqların fərqləndirilməsi, yeni bacarıqların qazanılması üsulları ilə bağlı məlumatlandırıb. Əli Qurbanlı bildirib ki, karyerada müvəffəqiyyət qazanmaq üçün qurulan plan bəzi xüsusiyyətləri (özünü yaxşı tanımaq, imkanları hərtərəfli araşdırmaq, özünə peşəkar məqsədlər seçmək, konkret fəaliyyət planını hazırlamaq, davamlı olaraq gedişatı izləmək) özündə birləşdirməlidir. Məhz qeyd edilən xüsusiyyətlər karyeranın uğurunu təmin edir.
İnfosessiyada iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.