Agentliyin dəstəyi ilə nəşr olunan “And yerimiz - şəhidlər” kitabının Qusarda təqdimatı keçirildi
Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi layihə zamanı vaxtı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşamış, Vətənimizin azadlığı uğrunda ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuş igidlərimiz barədə yerli icra hakimiyyətlərindən alınmış statistik məlumatlar əsasında “And yerimiz-şəhidlər” (II hissə) adlı kitab nəşr etdirib.
Layihə çərçivəsində oktyabr ayının 10-da Qusar rayonunun Gənclər Evində şəhid ailələri, qazilər və Qusar Rayonu İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə “And yerimiz-şəhidlər” adlı kitabın təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi, sonra yerli icra hakimiyyətlərindən alınmış statistik rəqəmlər əsasında nəşr olunmuş “And yerimiz-şəhidlər” kitabında yer alan Qusar rayonunun igid oğullarının vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söz açaraq hər biri haqqında bir ayrıca kitab yazmağa, filmlər çəkilməyə layiq olduqlarını xüsusi qeyd etdi.
Tahir Xudiyev və BƏC İB-in İdarə Heyəti üzvü, polkovnik Ağalar Əliyev öz çıxışlarında dövlətimizin şəhid ailələri və qazilərə olan diqqət və qayğısından söz açdılar, BEC İB-in öz Nizamnaməsinə əsasən dövlətimizin sosial sahədə çıxardığı qanunların yerlərdə icrasına nəzarət etmək hüququ olmasını bildirdilər. BƏC İB-in indiyədək əlilliyi olan məhbusların və digər imtiyazlı şəxslərin problemlərinin müsbət həllində göstərdiyi köməkliklər barədə qısaca məlumat verdilər. Bu layihənin məqsədlərindən birinin də şəhid ailələri və qazilərin problemlərini öyrənməkdən ibarət olmasını vurğuladılar.
Tədbirdə iştirak edən şair–publisit German Hüseynov Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igidlərimizin tanıdılmasında “And yerimiz-şəhidlər” kitabının əhəmiyyətli rol oynadığını vurğuladı, digər bölgələrimizdəki şəhidlərimizin tanıdılması üçün bu layihənin davamlı olmasını məqsədə müvafiq saydı.
BƏC İB-in üzvü, 2-ci qrup əlil Tahir Quliyev qusarlı şəhid analarına üz tutaraq Vətənimizin yağılardan, düşmənlərdən qorunması, sərhədlərimizin bütövləşdirilməsi uğrunda layiqli övladlar böyütdüklərinə görə onlara təşəkkürünü bildirdi.
Şəhid Tural Əhmədovun anası Elza xanım şəhid valideynləri adından övladlarının xatirəsinin yaşadılması, onların tanıdılması məqsədi ilə nəşr olunan “And yerimiz-şəhidlər” kitabı üçün təşəkkürünü bildirdi.
Şəhid valideynləri öz problemlərindən danışdılar, həllində BƏC İB–dən köməklik istədilər. BƏC İB İdarə Heyəti üzvü Ağalar Əliyev şəhid ailələri və qazilərin problemlərinin müsbət həlli üçün aidiyyəti dövlət təkilatlarına müraciət ediləcəyini bildirdi.
Tahir Xudiyev şəhid ailələrini ziyarət edərkən gördüyü neqativ hallardan danışdı, şəhid ailəsinin evinə kustar üsulla çəkilmiş və böyük təhlükə mənbəyi olan elektrik xəttini qeyd etdi. Bu təhlükənin aradan qaldırılması üçün lazımi təşkilatlara müraciət ediləcəyini söylədi.
Tədbirdə iştirak edən Qusar Rayonu İcra Hakimiyyətinin Baş məsləhətçisi Rixard Qədimov da layihənin icrasını müsbət qiymətləndirdi, “And yerimiz-şəhidlər” kitabında Qusar rayonundan olan Vətən müharibəsi şəhidləri və qaziləri barədə məlumatların da verildiyi üçün təşəkkürünü bildirdi.
Sonda şəhidlərimizin ailə üzvlərinə, qazilərə “And yerimiz-şəhidlər” kitabı təqdim edildi, xatirə şəkili çəkildi.
Onu da xüsusi olaraq diqqətə yetirmək istərdik ki, tədbirdən bir gün əvvəl Qusar rayonuna səfər edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri layihədən kənar olaraq, heç bir yerdən maddi dəstək almadan, öz şəxsi təşəbbüsləri ilə, 19-20 sentyabrda respublikamızda keçirilən uğurlu lokal xarakterli antiterror əməliyyatında şəhid olan Qusar rayon şəhidlərinin ailələrini ziyarət etdilər, onlara mənəvi dəstək oldular. Bütün ailələrə müqəddəs Quran kitabı və Məkkə xurması, “And yerimiz-şəhidlər” kitabı təqdim edildi. Valideynlər şəhidliyin uca Tanrı dərgahında ən ali məqam olmasını, övladlarının Vətənimzin bütövlüyü uğrunda şəhid olmasından qürur duyduqlarını bildirdilər, -təki Vətən sağ olsun-,söylədilər. BƏC İB üzvləri valideynlərin bu məğrurluğundan təsirləndiklərini, fəxr etdiklərini, qəhrəman oğlullar böyüdən ailələrə təşəkkürlərini bildirdilər. Onların tanıdılmasında yaradılan şərait üçün dövlətimizə, Agentliyə təşəkkür etdilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.