İstiqlal Muzeyində növbəti sərgi - “Sabaha qalmayan qisas”
13 oktyabr Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Sabaha qalmayan qisas” növbəti tədbir – sərgi keçirilib.
Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin 03 dekabr 2020-ci ildə Zəfər muzeyinin və Memorial kompleksin inşası ilə əlaqədar imzaladığı sərəncama əsasən, 2021-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər muzeyinin fondlarının kompleksləşdirilməsi məqsədi ilə şəhid ailələri ilə görüş keçirilir və şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanılır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Bu məqsədlə Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daima Azərbaycan Dövlətinin və Prezident cənab İlham Əliyevin nəzərində olmuşdur.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, şəhid mayor Rəşad Budaqovun qardaşı Vüqar Budaqov, şəhid əsgər keşfiyyatçı Səbuhi Əsədovun anası Cahan Əsədova, şəhid leytenant Elzar Yusubovun anası Günəş Yusubova, şəhid gizir Orxan Cabbarovun həyat yoldaşı Ayşən Cabbarova, şəhid əsgər Qardaşxan Əhmədlinin atası Elxan Əhmədli, şəhid çavuş Taleh Namazovun anası Afət Namazova, şəhid gizir Yaşar Babayevin anası Firəngiz Babayeva cıxış ediblər.
Daha sonra sərgidə muzey fondlarımızda qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi qeyimlər nümayiş olundu.
Tədbirdə şəhid ailələri, DSX Akademiyasının kursantları, BDU Tələbə Həmkarlar Təşkilatının könüllüləri, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin könüllüləri və digər qonaqlar.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi oktyabr ayının 20-nə qədər davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.